main-post-cover

    Nintendo öz məşhur konsolunun yenilənmiş versiyasını satışa çıxaracaq

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Nintendo şirkəti bir vaxtlar məşhur olmuş Nintendo Entertainmnet Systems (NES) konsolunu yenidən satışa çıxardacaq. Qeyd edək ki, sözügedən konsol ilk dəfə 33 il bundan öncə satışa çıxmışdır. Yeni satışa çıxacaq versiya isə yığcam olacaq və NES Classic Edition adlandırılacaq. İlk NES 1983-cü ildə Yaponiya-da Famicom adı altında satışa çıxmışdır. Rusiya və digər MDB ölkələrində konsol "Dendi” adı altında tanınırdı. Konsol Nintendo tərəfindən 2003-cü ilə kimi dəstəkləndi. Beləliklə şirkət köhnə konsolun pərəstişkarlarını sevindirərək NES Classic Edition-u təqdim edib. Yeni versiya köhnə konsolun dizaynını təkrarlayır. Lakin ölçü baxımından ondan bir qədər yığcamdır. Komplektin daxilində gamepad, HDMI kabel və enerji adapteri olacaq. Bununla yanaşı Nintendo konsolun yeni versiyasının texniki göstəricilərini dəyişib. Belə ki, yenilənmiş versiyada görüntü analoqlu siqnal vasitəsilə deyil rəqəmsal siqnal vasitəsilə televizora ötürüləcək. Yenilənmiş NES kartric dəstəkləməyəcək. Bunun yerinə onun yaddaşına 30 oyun yazılacaq. Həmin oyunlar arasında Super Mario Bros, Pac-Man, Donkey Kong, Castlevania kimi məşhur seriyalar olacaq. NES Classic Edition-un standart komplekti $60 qiymətinə satılacaq. Lakin əlavə $10 ödəyərək istifadəçilər ikinci gamepad-ı da əldə edə bilərlər. NES Classic Edition-un satışları 11 Noyabr 2016-cı il tarixinə planlaşdırılıb.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər