main-post-cover

    Nissan Sentra yeniləndi

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Nissan yaxın günlərdə yenilənmiş kompakt sedanı Sentra-nı təqdim edib. Yeni Altima modeli ilə bənzər dizayna sahib olan avtomobilin ön üzü tamamilə yenilənib. Sentra ətrafındaki yeni xrom detallarla artıq daha modern görünür. Əlbəttə bunda yeni yeni iki rəngli 17 düym yüngül lehmli disklərində rolu böyükdür.


    Avtomobilin interyeri yenə sadədir. Yeni multimedia sisteminin ətrafında bir neçə düymə və kondissioner idarə konsollarından əlavə bir şey yoxdur. 

    Artıq avtomatik "start-stop" sistemi ilə də təchiz olunan avtomobil 130 at güclü 4 silindir 1.8 litr atmosfer mühərrikdən güc alır. X-Tronic CVT transmissiya ilə idarə olunan avtomobil 1 litr benzinlə təxminən 19 km məsafə qət edə bildiyi bilidirilib. 

     

    Linki kopyala