main-post-cover

    Nivanın davamçısını evdən smartfonla işə salmaq olacaq!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Lada satışa buraxdığı kompakt sedanı Vesta ilə yeni dizayn dilinin ilk parçasını nümayiş etdirmişdi. İndi isə ruslar daha güclü bir modellə birbaşa krossover bazarına giriş edirlər. XCODE adlı bu krossover hələ ki, konsept mərhələsindədir. Mercedes və Volvonun keçmiş dizayneri Briton Steve tərəfindən dizayn edilən model Vesta ilə bir çox bənzərliyə sahibdir. Nissan Juke-un şassisi üzərində qurulan korpus aqressiv və kompakt görüntüsü ilə müasir krossoverlərdən geri qalmır. 

    XCODE istehsal versiyasında Lada-nın turbo mühərriklərdən və 4x4 çəkiş sistemindən istifadə edəcək. Eyni zamanda avtomobilin orta konsolunda 10 inç ölçülü böyük bir ekran və saysız multimedia seçimi olacaq. Yeni Lada-nın ən maraqlı xüsusiyyətlərindən biri isə xüsusi mobil tətbiqetməsidir. Bu avtomobilin sürücüləri evlərində olarkən belə onun xüsusi tətbiqetməsindən istifadə edərək avtomobili işə sala, qızdırıcı/kondisioneri qoşa, pəncərələri/lükü endirə bilər və ən əsası avtomobilin həmin ana uyğun vəziyyətini telefondan öyrənə bilərlər. 

    Lada XCODE hələ ki, konsept mərhələsində olsa da yaxın zamanlarda avtomobil haqqında daha geniş məlumatlar paylaşılacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər