Nəyə görə biz "pornoqrafiyanı" daha çox sevirik?
Sosial Media
07.05.2017
Farid Pardashunas
Salam. Əvvəla onu qeyd edim ki, bu məqalə mənim şəxsi subyektiv fikrimi nümayiş etdirir. Təbii ki fikrim müəyyən təcrübə və biliklərə əsasən formalaşmışdır, lakin onu obyektiv edən məhz məqalənin oxucu sayı olacaqdır. Məqalənin məqsədi bir neçə ildir bizləri maraqlandıran suala cavab tapmağa çalışmaqdır.
"Pornoqrafiyanı
daha çox sevirik" dedikdə söhbət ən yaxşı satılan kino janrından getmir.
Bir çox dillərdə pornoqrafiya sözü artıq bir jarqon kimi formalaşaraq
"bullshit", keyfiyyətsiz, dəyərsiz mənasında yayılmaqdadır. Bizim
söhbətimizdə elə bundan olacaq. Məsələn niyə görə bir youtuberin soyunması haqqında yazılmış xəbər Elon Musk haqqında yazılmış xəbərdən
daha çox oxunulur.
Və ya niyə toy manıslarının etdikləri roknrola bənzər və
heçbir rəğbət qazandırmayan "şousu" hər hansı elmi videodan daha çox
baxılır? Cavabı əslində çox sadədir və göz qabağındadır. Siz!
Əgər
ifadəmlə barmağımı sizə tərəf tuşlamağımı bəyənmədinizsə, ardınıda oxumağı məsləhət
görmürəm. Amma instinktləriniz "məni nəzərdə tutmur" deyərək sizi onsuzda
sona qədər oxumağa vadar edəcək. Bu da məqalənin "kiçik zarafat" hissəsi olsun. Məsələ bundadır ki MEDİA çox güclü bir qurumdur və kütləni istədiyi tərəfə yönləndirə bilər. Bunu bütün
mətbuat işçiləri bilir, lakin sahib olduqları istifadəçi kütləsini itirmək
qorxusunda olduqları üçün yalnız kütlənin geniş marağına səbəb olacaq xəbərləri"satırlar". Həqiqətəndə hər
hansı pop ulduzun cinsini dəyişməsi xəbəri bir alimin bütün insanlığa kömək edəcək
ixtirasından daha maraqlıdır. Bu bir faktdı və təkcə bizə aid deyil. Seks həmişə
yaxşı satılır və bütün ölkələrdə bu dəyişilməz bir faktdır. Yalnız bizdə sanki
daha baha satılır. Belə düşünmürsünüz mü?
Səbəb
– mentalitet və inanclar!! (Və budur o! Oxucu artıq qəzəbləndi, göz bəbəkləri
genişləndi, damarlarında qan axını sürətləndi. O hücuma hazır vəziyyətdədir!
Yazıçı isə heçbir üzürhaqlıq eləmək fikrində deyil.) Məsələ bundadır ki, bizim
qapalı alma bağlarımız daha çoxdur, bu da almaya olan marağı daha da artırır.
Alma burda hərkəsin təbii-bioloji ehtiyacı olan seksin metaforası, biz isə 9
milyonluq Adəm-Həvva kütləsiyiksə siz
söhbətin nədən getdiyini anlayacaqsınız.
Qayıdaq
mediaya. Bəli, hərkəs "pornoqrafiyanı" sevir. Buna görə televiziya
kanallarımız toy mövzulu bayağı verlişlərlə zəngindir. Və istənilən kanalımızın
reytinq cədvəlinə baxsanız dediklərimin statistik formada isbatını görə bilərsiniz.
Heç bir media qurumu daha böyük rəqəm cəlb edən verlişin vaxtını qısaldıb elmi-kütləvi verlişə "şans"vermək istəmir. Bunun səbəbi auditoriyadırmı? YOX!! (burda müəllif nəhayət ki tərəfini
dəyişib oxucunun yanına keçdi). Məsələ burasındadır ki media artıq topladığı
kütləni intelektuallaşdırmaq istəyirsə o zaman yayımlayacağı elmi məhsul həqiqətəndə
maraqlı olmalıdır, sıxıcı rəqəmləri heç kim sevmir. Mən demirəm ki alim
ixtirasını nümayiş edərək yavaş-yavaş musiqi sədası altında soyunsun. Və ya
intelektual müsabiqənin uduzan tərəfi hər dəfə xal itirdikdə üstünə yumurta atılsın.
Məqsədimiz elmi alçaldmaq deyil, ucaldmaqdır. Nümunə kimi sizə Şerlok serialını
göstərə bilərəm. Bu serial bir TV kanal məhsuludur. BBC həmişə intelektual
verlişləri ilə tanınıb lakin bu şou onun kütləsini dahada genişlətdi. Bu məhsul
intelektuallıqdan savayı həmdə çox maraqlı bir bədii ədəbiyyatdır.
Digər
bir nümunə kimi Silicon Valley serialını göstərə bilərəm. Mövzusu
startaplardır, İT-dir amma bütün mövzular özünəməxsus bir yumorla əhatə olunub.
Və yeri gəlmişkən startup sahəsində bir çox ölkələrdə bu serial startup-gurular
tərəfindən məsləhət görülür.
Siyahını
Breaking Bad, Prison Break, Big Bang Theory kimi digər TV məhsulları ilə zənginləşdirə
bilərəm. Və təbiiki "bu serialdır, sən isə verilişdən danışırsan"
tipli fikirlərin səslənəcəyinində fərqindəyəm. Və bununda cavabı olaraq "media
artıq intellektual mövzuların daha maraqlı çatdırılma üsulunu seriallarda tapıb
və bu yolun düzgün olduğunu hesab etdiyimi" deyirəm. Təbii ki siyahıya
ayrı-ayrı müsahibələri, konferensiyaları , ixtira-müsabiqə tipli proqramları da
əlavə edə bilərəm amma maraq bütün səbəblərin ən öndəgedənidir. Və elmə
seriallar vasitəsi ilə maraq salmış insanlar istər-istəməz azca da olsa həmin
verlişlərə də baxacaqlar.
Təbii
ki bu məqalənin çox oxunacağına inanmıram. Əgər digər media qurumları da bunu
paylaşsalar çox gümanki məqaləni öz rəqiblərinə qarşı silah kimi istifadə edəcəklər.
Bir-birinə yönlədən insanlar isə mənimlə həmfikir olduqlarını özlərinə isbat
etmək üçün bunu edəcək. Yoxsa kim özünə mənfi məqaləni aid edə bilərki? Və elə
indidən məqaləyə maksimum 1000 oxunma sayı deyirəm. Və elə buradaca bu fəaliyyətə
başlamadan son qoyuram. Amma əgər yanılsam...
Müəllif:
Həsənağa Azad
Linki kopyala
Həftənin xəbərləri
Apple Vision Pro ilə əməliyyat həyata keçirildi?!
Ən ağıllı çat-bot IQ testində insanı geridə qoyub