main-post-cover

    Nəyə görə biz "pornoqrafiyanı" daha çox sevirik?

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Salam. Əvvəla onu qeyd edim ki, bu məqalə mənim şəxsi subyektiv fikrimi nümayiş etdirir. Təbii ki fikrim müəyyən təcrübə və biliklərə əsasən formalaşmışdır, lakin onu obyektiv edən məhz məqalənin oxucu sayı olacaqdır. Məqalənin məqsədi bir neçə ildir bizləri maraqlandıran suala cavab tapmağa çalışmaqdır. 

    "Pornoqrafiyanı daha çox sevirik" dedikdə söhbət ən yaxşı satılan kino janrından getmir. Bir çox dillərdə pornoqrafiya sözü artıq bir jarqon kimi formalaşaraq "bullshit", keyfiyyətsiz, dəyərsiz mənasında yayılmaqdadır. Bizim söhbətimizdə elə bundan olacaq. Məsələn niyə görə bir youtuberin soyunması haqqında yazılmış xəbər Elon Musk haqqında yazılmış xəbərdən daha çox oxunulur. 
    Nəyə görə biz "pornoqrafiyanı" daha çox sevirik?

    Nəyə görə biz "pornoqrafiyanı" daha çox sevirik?
     
    Və ya niyə toy manıslarının etdikləri roknrola bənzər və heçbir rəğbət qazandırmayan "şousu" hər hansı elmi videodan daha çox baxılır? Cavabı əslində çox sadədir və göz qabağındadır. Siz!
    Əgər ifadəmlə barmağımı sizə tərəf tuşlamağımı bəyənmədinizsə, ardınıda oxumağı məsləhət görmürəm. Amma instinktləriniz "məni nəzərdə tutmur" deyərək sizi onsuzda sona qədər oxumağa vadar edəcək. Bu da məqalənin "kiçik zarafat" hissəsi olsun. Məsələ bundadır ki MEDİA çox güclü bir qurumdur və kütləni istədiyi tərəfə yönləndirə bilər. Bunu bütün mətbuat işçiləri bilir, lakin sahib olduqları istifadəçi kütləsini itirmək qorxusunda olduqları üçün yalnız kütlənin geniş marağına səbəb olacaq xəbərləri"satırlar". Həqiqətəndə hər hansı pop ulduzun cinsini dəyişməsi xəbəri bir alimin bütün insanlığa kömək edəcək ixtirasından daha maraqlıdır. Bu bir faktdı və təkcə bizə aid deyil. Seks həmişə yaxşı satılır və bütün ölkələrdə bu dəyişilməz bir faktdır. Yalnız bizdə sanki daha baha satılır. Belə düşünmürsünüz mü?
    Səbəb – mentalitet və inanclar!! (Və budur o! Oxucu artıq qəzəbləndi, göz bəbəkləri genişləndi, damarlarında qan axını sürətləndi. O hücuma hazır vəziyyətdədir! Yazıçı isə heçbir üzürhaqlıq eləmək fikrində deyil.) Məsələ bundadır ki, bizim qapalı alma bağlarımız daha çoxdur, bu da almaya olan marağı daha da artırır. Alma burda hərkəsin təbii-bioloji ehtiyacı olan seksin metaforası, biz isə 9 milyonluq Adəm-Həvva kütləsiyiksə siz söhbətin nədən getdiyini anlayacaqsınız.
     
    Qayıdaq mediaya. Bəli, hərkəs "pornoqrafiyanı" sevir. Buna görə televiziya kanallarımız toy mövzulu bayağı verlişlərlə zəngindir. Və istənilən kanalımızın reytinq cədvəlinə baxsanız dediklərimin statistik formada isbatını görə bilərsiniz. Heç bir media qurumu daha böyük rəqəm cəlb edən verlişin vaxtını qısaldıb elmi-kütləvi verlişə "şans"vermək istəmir. Bunun səbəbi auditoriyadırmı? YOX!! (burda müəllif nəhayət ki tərəfini dəyişib oxucunun yanına keçdi). Məsələ burasındadır ki media artıq topladığı kütləni intelektuallaşdırmaq istəyirsə o zaman yayımlayacağı elmi məhsul həqiqətəndə maraqlı olmalıdır, sıxıcı rəqəmləri heç kim sevmir. Mən demirəm ki alim ixtirasını nümayiş edərək yavaş-yavaş musiqi sədası altında soyunsun. Və ya intelektual müsabiqənin uduzan tərəfi hər dəfə xal itirdikdə üstünə yumurta atılsın. Məqsədimiz elmi alçaldmaq deyil, ucaldmaqdır. Nümunə kimi sizə Şerlok serialını göstərə bilərəm. Bu serial bir TV kanal məhsuludur. BBC həmişə intelektual verlişləri ilə tanınıb lakin bu şou onun kütləsini dahada genişlətdi. Bu məhsul intelektuallıqdan savayı həmdə çox maraqlı bir bədii ədəbiyyatdır.
    Digər bir nümunə kimi Silicon Valley serialını göstərə bilərəm. Mövzusu startaplardır, İT-dir amma bütün mövzular özünəməxsus bir yumorla əhatə olunub. Və yeri gəlmişkən startup sahəsində bir çox ölkələrdə bu serial startup-gurular tərəfindən məsləhət görülür.
    Siyahını Breaking Bad, Prison Break, Big Bang Theory kimi digər TV məhsulları ilə zənginləşdirə bilərəm. Və təbiiki "bu serialdır, sən isə verilişdən danışırsan" tipli fikirlərin səslənəcəyinində fərqindəyəm. Və bununda cavabı olaraq "media artıq intellektual mövzuların daha maraqlı çatdırılma üsulunu seriallarda tapıb və bu yolun düzgün olduğunu hesab etdiyimi" deyirəm. Təbii ki siyahıya ayrı-ayrı müsahibələri, konferensiyaları , ixtira-müsabiqə tipli proqramları da əlavə edə bilərəm amma maraq bütün səbəblərin ən öndəgedənidir. Və elmə seriallar vasitəsi ilə maraq salmış insanlar istər-istəməz azca da olsa həmin verlişlərə də baxacaqlar.
     
    Təbii ki bu məqalənin çox oxunacağına inanmıram. Əgər digər media qurumları da bunu paylaşsalar çox gümanki məqaləni öz rəqiblərinə qarşı silah kimi istifadə edəcəklər. Bir-birinə yönlədən insanlar isə mənimlə həmfikir olduqlarını özlərinə isbat etmək üçün bunu edəcək. Yoxsa kim özünə mənfi məqaləni aid edə bilərki? Və elə indidən məqaləyə maksimum 1000 oxunma sayı deyirəm. Və elə buradaca bu fəaliyyətə başlamadan son qoyuram. Amma əgər yanılsam...
     
    Müəllif: Həsənağa Azad
    Linki kopyala