main-post-cover

    Niyə kanadalı mühəndislər məzun olduqda dəmir üzük taxırlar?

    07.05.2017
    Farid Pardashunas

    Bütün peşələr yaxşıdır və hər bir peşənin özünəməxsus çətinlikləri mövcuddur. Amma insan öz peşəsini sevdikdə bütün çətinlikləri işinin bir hissəsi kimi qəbul edir.

    Bildiyiniz kimi həkimlər öz peşələrini doğru və şərəfli şəkildə yerinə yetirəcəyini bildirmək üçün Hipokrat andı içirlər. Bu formal xarakter daşısa da gələcəkdə insanlara öz vəzifə borclarını layiqincə yerinə yetirməyə stimul verir.
    Bu cür and formaları müxtəlif peşə sahiblərində də mövcuddur. Bunlardan biri də mühəndislərə aiddir. Belə ki, Kanadada mühəndislər məzun olduqda dəmir üzük taxırlar. Bu üzük onlara işlərini layiqincə və məhsuliyyətli şəkildə həyata keçirməyi xatırlatmaq üçün nəzərdə tutulub. Əslində belə üzük taxmağın maraqlı tarixi 1907-ci ildə Kanada tikilməyə başlayan Quebec Köprüsü ilə əlaqədardır. Burda inşaat işi həyata keçirilən zaman körpü dağılmış və 75 inşaatçı ölmüşdür.
     
    Hadisəyə səbəb isə layihələndirmənin düzgün qurulmaması ilə əlaqədar olub. Bu hadisəni həm yaddaşlarda saxlamaq, həm də mühəndislərə nə qədər məhsuliyyətli işlə məşğul olmağı xatırlatmaq məqsədilə məzun olduqda belə dəmir üzüklər verilir.

    Doğrudan da hər bir sahə çox məhsuliyyətli və çətindir. Əsas olan odur ki, işinizi sevəsiniz və onu vicdanlı şəkildə həyata keçirəsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər