main-post-cover

    Niyə Steve Jobs daima eyni paltarları geyinirdi?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Bildiyimiz kimi uzun illər səhnədə olmasına baxmayaraq Steve daima eyni paltarları geyinirdi. Steve bu eyniliyi aşağıdakı səbəblərdən etdiyini söyləyirdi:

    1. Az seçim imkanı - Seçimlər çox olduqda onların keyfiyyəti azalır. Gündə müxtəlif və vacib qərar verən insan paltar seçiminə çox vaxt sərf etməməlidir. O paltar seçiminə sərf etdiyi zamanı daha vacib şeylərə sərf etməyi üstün tuturdu.
     
    2. Daha az zaman sərfi - Siz paltar seçimindən vaz keçməyənə qədər ona nə qədər vaxt sərf etdiyinizi anlamayacaqsınız. Eyni paltar sizə hər səhər ən azı yarım saat qazandıracaq.
     
    3. Daha az stress - Sənin cəmi bir seçimin varsa gün ərzində "Görəsən çox rəsmi geyinmişəm?" "Görəsən necə görünürəm?" sualları sizin fikrinizdə dolanmayacaq. 
     
    Niyə Steve Jobs daima eyni paltarları geyinirdi?
     
    4. Daha az enerji sərfiyyatı - Sizin nə qədər çox paltarınız olsa onları səliqəyə salmaq, yerbəyer etmək üçün bir o qədər çox enerji sərf edəcəksiniz. Bu isə mənim vəzifəmdə heçdə ürəkaçan deyil. 
     
    5. Kəmiyyət yox keyfiyyət - Bu fikrimlə qadınlar daha çox razılaşar. Siz heçdə qarderobunuzda olan bütün paltarlarınızı geyinmirsiz. Seçim az olduqda isə qarderobda ancaq keyfiyyətli məhsulları saxlayırsınız.
     
    6. Daha az xərc - Qarderobunuzda neçə paltar olduğunu və onlardan neçəsini geyindiyinizi düşünün. İndi isə hesablayın. Geyinmədiyiniz paltarlara xərclədiyiniz pulu daha məqsədli şəkildə xərcləmək düzgün olmazdımı?
     
    Bəs siz necə Steve-in fikirləri ilə razısınızmı? Həyatınız boyu insan arasında eyni tərz paltarı geyinə bilərdinizmi?
    Linki kopyala