
Niyə Steve Jobs uşaqlarına iPhone-u qadağa etmişdi
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Steve Jobs Apple-ı idarə etdiyi dövrlərdə uşaqlarına iPhone və iPad-larla uzun müddətli istifadəni qadağa etmişdi. The New York Times-ın jurnalisti Nik Bilton Jobsla bir müsahibəsi zamanı ona belə sual vermişdi: "Yəginki sizin uşaqlarınızın iPaddan ötrü ürəkləri gedir?". Jobsun cavabı isə çoxlarını şoka salmışdı: "Onlar ondan istifadə etmirlər. Biz evdə uşaqlarımıza iPadın ekranı arxasında çox oturmasına icazə vermiriik" Ümumiyyətlə bir çox texnologiya şirkətlərinin menecerləri evlərində uşaqlarına qarşı çox sərt olur və onların telefon, kompüter və planşet arxasında çox oturmasına icazə vermir. Jobsun ailəsində hətta gadjetlərdən istirahət günləri və axşamlar istifadə etmək qadağan olunmuşdu. Bu qəribə görünsədə nəhəng IT şirkətlərinə başçılıq edən insanların bizdən gizlin nələrisə bildiyinə dəlalət edir. Wired-ın keçmiş redaktoru, hazırki 3D Roboticsin icra edici direktoru Chris Andersen evlərindəki gadjetlərə gündəlik istifadə limiti qoyub. "Bizim uşaqlarımız məni və analarını onlara qarşı çox sərt olduğumuza görə ittiham edirlər. Onlar deyirlərki dostlarının ailələri uşaqlarına bu cür qadağalar qoymur" - Chris danışır. Andersonun 6 yaşından tutmuş 17 yaşına kimi 5 uşağı var və bu qadağa onların hər biri üçün keçərlidir. "Mən internetdən həddindən artıq istifadənin açdığı fəsadları çox yaxşı bilirəm. Mən hansı problemlərlə üzləşdiyimi bilirəm və istəmirəmki mənim övladlarımda bu problemlərlə üzləşsin". İnternet təhlükəsi dedikdə Andersen çox saytlı porno saytları və uşaqların bu gadjetlərdən asılı olacağını nəzərdə tutur. Digərləri isə daha irəli gedir. OutCast Agency-nin direktoru Alex Konstantinopol deyirki onun 5 yaşlı oğlu həftə içi günlərdə ümumiyyətlə gadjetlərdən istifadə etmir. Onun 10 və 13 yaşlı iki digər uşağı gün ərzində 30 dəqiqədən çox olmamaq şərti ilə kompüterdən istifadə edir. Twitter və Blogger-in yaradıcısı Evan Williams-da evlərində bu tip qadağaların olduğunu bildirir: "Evimizdə həddindən artıq kitab var və uşaqlar onları istədikləri qədər oxumaqda sərbəstdirlər. İş gadjetlərə gəldikdə məsələ ciddiləşir. Gün ərzində bir saat onlar üçün kifayətdir" Alimlərin araşdırmalarına görə 10 yaşına qədər uşaqlara ümumiyyətlə bu tip gadjetlərdən istifadə tövsiyyə olunmur. Beləki onlar bu yaşlarında asanlıqla bu cihazların aludəçisinə çevrilir və həyatlarını onlarsız təsəvvür etmirlər. 14 yaş - bu qadağaların aradan qaldırmaq üçün normal yaş hesab olunur. Bəs siz övladlarınıza qarşı bu kimi qadağalar qoymağa hazırsınızmı?
Linki kopyala
Həftənin xəbərləri

