Dünyada bir çox kəşflər edilir hansılar ki, Nobel mükafatının komitəsi tərəfindən nəzərə alınmır. Sizlərə Nobel mükafatına layiq olub lakin onu əldə etməyən 5 vacib kəşf və onların müəlliflərini təqdim edirik.
Kimyəvi elementlərin dövrü cədvəli
Təəccüb doğuran fakt ondadır ki, kimyəvi elementlərin dövrü cədvəlini müəyyən mənada məhv edən elə öz məşhurluğu oldu. 1905 və 1906-cı illərdə Mendeleyev Nobel mükafatına namizəd seçilərkən onun 1869-cu ildəki kəşfi artıq köhnəlmiş və yetərincə məşhurlaşmış hesab olundu. Kimyəvi elementlərin dövrü cədvəlinin hələ kəşf edilməmiş bir çox elementləri və onların tərkibini müəyyən etməsinə baxmayaraq rus alimi Dmitri Mendeleyev sözügedən mükafatı əldə etməmişdir.
Lampa
Thomas Edison-un sadə kəşfi yeni iqtisadiyyatın təməlini qoydu. 1931-ci ildə Nobel mükafatını almamış alim vəfat etdi. Onun bu mükafatı almaması tarixi haqsızlığın pik nöqtəsi sayılırdı. Məhz bu əşya elmi ilham mənbəyi və ağıla gələn ideyaların simvoluna çevrildi. Alfred Nobel ixtiraların və onların müəlliflərinin siyahısını öz istəyinə görə tərtib edirdi. Münsiflər heyəti isə fizikləri qıcıqlandıran "Tanrı hissəciyi" və bunun kimi praktiki olmayan kəşflərə üstünlük verirdilər.
İnsan genomunun sona çatdırılması
Genetika sahəsi üçün vacib olan və 2001-ci ildə sona catdırılmış insan genomu kimi bir kəşfin Nobel mükafatı almaması çox təəccüblüdür. "Cəftənin fırladılmasına görə Nobel mükafatı verilmir" - deyə "Insan genomu" layihəsinin iştirakçısı Erik Lander bildirmişdir. Lakin həmin mükafatı cəftəni fırlatmış ilk insana verməyə dəyərdi. "Insan genomu” DNT ardıcıllığının oxunma metodunu sənaye miqyasında avtomatlaşdırılması üçün nəzərdə tutulmuş mühəndis layihəsi idi. Layihənin sona çatmasından 6 il əvvəl Craig Venter göstərmişdir ki, DNT ardıcıllığının avtomatlaşdırılmış oxunması və bütöv genomun xüsusi yığılma üsulunun köməyi ilə canlı orqanizmin ( Haemophilus influenzae bakteriyaları) bütün kodunu necə oxumaq mümkündür.
Dinozavrların intibahı
1969-cu ildə Yel universitetinin paleontoloqu John Ostrom 110 milyon il bundan qabaq yaşamış dinozavr növünə ad qoymuşdur. Bu növ Deinonychus adlanırdı. Deinonychus insan ölçüsündə yırtıcı kərtənkələ idi. Sözügedən növ möhkəmliyə və arxa ayaqların ikinci barmaqlarında iti caynaqlara malik idi. Lakin onu başqa növlərdən fərqləndirən o idi ki, o aktiv həyat tərzi sürən ovçu dinozavr idi. Bu fərziyyə kərtənkələlərin özünü aparma və fiziologiyaları haqqında keçmiş bütün təsəvvürlərə yenidən nəzər yetirməyə məcbur edərək "Dinozavrların intibahı”-nı yaratdı. "Dinozavrların intibahı” nəzəriyyəsindən müasir alimlər hələdə yararlanırlar. Lakin təəssüflər olsun ki, paleontologiya sahəsində Nobel mükafatı verilmir.
Ümumdünya hörümçək toru
Timothy John Berners-Lee Ümumdünya hörümçək toru ideyası və 1990-cı ildə bu ideyanı reallaşdırmaqla ilk saytın yaradılmasına görə Nobel mükafatına layiqdir. Məhz onun sayəsində insanlar qara materiya, DNT-nin bərpa olunması və digər vacib kəşflər haqqında məlumatlar əldə edə bilirlər. Ümumdünya şəbəkə məlumatı hamı üçün əlçatan etdi. Məlumat isə böyük gücdür.
Şərh yoxdur