main-post-cover

    Nobel mükafatına layiq görüldüyünü bilən professor öz hərəkəti ilə böyük hörmətə sahib oldu

    07.05.2017
    Farid Pardashunas

    Fizika sahəsi üzrə Nobel mükafatı aldığını eşidən professor Dunkan Holdeyn nə etdi?

    O hər çərşənbə axşamı gördüyü işi yerinə yetirdi. Yəni səhər yeməyini yeyib öz tələbələrinə elektromaqnit sahələr üzrə dərs demək üçün universitetə yollandı. 4 Oktyabr 2016-cı il tarixində səhər radələrində Prinston Universitetinin professoru Dunkan Holdeyn-ə zəng gəldi. Zəng İsveçdən gəlirdi. Telefon vasitəsilə professora bildirildi ki, Holdeyn, Vaşinqton Universiteti professoru Devid TaulesBraun Universiteti professoru Maykl Kosterlits ilə birlikdə Nobel müfatına layiq görülüb. Adətən belə bir xəbər işə getməmək üçün əla bəhanə sayıla bilər. Lakin Holdeyn həmin səhəri həmişəki kimi keçirtdi. Yəni o, universitetə öz tələbələrinə elektromaqnetizm haqqında mühazirə deməyə getdi.
    "Təbii ki, mən bu cür davrandım. Öz işini görməyə davam etmək məğrurluq və borc məsələsidir” – deyə professor bildirib. Səhər saatlarında professor tələbələrin olduğu auditoriyaya daxil olan zaman o, tələbələr tərəfindən alqış və təbriklər ilə qarşılanıb. "Onların hər biri valehedici və yeni bir şey kəşf edərək Nobel mükafatı ala bilər” – deyə professor sonradan əlavə edib. Taules, Holdeyn və Kosterlits-in araşdırmaları maddənin kondensləşmiş vəziyyətinin nəzəri fizikasına əsaslanır və Berezinski-Kosterlits-Taules adlı faza keçidi ilə bağlıdır. Bu keçid aşağı temperaturda əlaqəli axın-antiaxın buxarları vəziyyətindən müəyyən kritik temperaturda buxarlanmayan axın-antiaxın vəziyyətinə keçididir.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər