Nokia 8-in ilk görüntüsü sızdırılıb (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Məlum olub ki, CES 2017 sərgisi çərçivəsində Nokia 8 smartfonu aşkar edilib.
Hələki rəsmi anonsu olmayan Nokia 8 modelinin ilk videoları
sızdırılıb. Sözügedən modelin, MWC 2017 tədbirində anons olunacağı gözlənilir.
Lakin bunun əvəzinə CES 2017-də Nokia 6 cihazı təqdim olunmuşdu. O, flaqman
hesab olunmasa da diqqətləri cəlb edə bildi. Həmin smartfon hələki Çin bazarı
üçün nəzərdə tutulub. Digər adı Nokia Supreme olan Nokia 8 modeli daha maraqlı
olmağa iddialıdır. Smartfon iki versiyada təqdim olunacaq. Onlaran biri Snapdragon 821 prosessoru və 4 GB RAM, digəri isə Snapdragon 835 prosessoru və 6 GB RAM ilə
təchiz olunacaq. Məlumata əsasən Nokia 8-in əsas versiyası ya 64 yadaki 128 GB
daxili yaddaşa (microSD dəstəkli) sahib olacaq. Smarfonun sahib olacağı 24
MP-lik arxa kamera isə elektron və optik stabilizasiya xüsusiyyətini özündə
birləşdirəcək. Ön kamera isə 12 MP olacaq.
Linki kopyala
Həftənin xəbərləri
Süni zəkanın köməyilə yaradılmış dərman insanlar üzərində test edilir
TikTok-un ABŞ-da qadağan edilməsinə hədəflənmiş qanun rəsmi səviyyədə dəstəklənib