"Nokia", "Apple" ilə bağlı yeni ittihamlar irəli sürdü
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Nokia” şirkəti, "Apple”a qarşı müxtəlif ölkələrin məhkəmələrində yeni ittihamlar qaldırıb.
Yeni ittihamlarda qeyd olunub ki, "Apple” məhsulları, "Nokia”nın
patent hüquqlarını pozur. Lakin həftənin əvvəlində söhbət yalnız ABŞ və
Almaniya-dan gedirdisə bu dəfə siyahıda 11 ölkə qeyd olunub. Həmdə bu dəfə
patentlərin sayı 40-a çatıb. "Nokia” şirkəti, "Apple”ı ittiham etdiyi hər
bir patent üzrə tam siyahını təqdim edib. Ən çox patent hüquqlarının pozulması
ABŞ-da (18 patet) qeyd olunub. Almaniyada isə 3 ittiham irəli sürülüb. Deməli
Düsseldorfda 8 patent, Manheymdə 4 patent, Münhendə isə 2 patent ittihamı qeydə
alınıb. Digər ölkələrə gəldikdə isə İtaliyada 4 patent, Finlandiyada, İngiltərədə,
İsveçdə, və Niderlandda 3 patent, Yaponiyada 2 patent, İspaniya və Fransada isə
hərəsində bir patent ittihamı qeydə alınıb.
Bundan əlavə olaraq "Nokia”, "Apple”ın 8 patent hüququnu
pozması ittihamı ilə bağlı ABŞ-ın beynəlxalq ticarət komissiyasına müraciət
edib. Şirkətin ittihamları, ekran istehsalı texnologiyalarını, istifadəçi
interfeysi, proqram təminatı, anten, çiplərin istehsalı və videoların
kodlaşdırılması üzrə patentləri əhatə edir. İttiham proseslərinin başlamasından
sonra isə "Apple”, məhkəməyə "Nokia” ilə bağlı ittihamlar sürüb. "Apple”
bildirib ki, "Nokia”, əlavə vəsaitlərin əldə olunması üçün 2011-ci ildə
razılaşmadan bəzi patentləri çıxardaraq onları kənar şirkətlərə təqdim edib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!