main-post-cover

    Nokia geri dönür?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Nokia mobil telefon bazarından uzaq qaldığı üçün deyəsən darıxmağa başlayıb.

     
    CNET’in xəbərinə görə Nokia CEO’su Rajeev Suri, Barselona’da keçirilən Mobile World Congress (MWC) 2016’dakı mediya konfransında bir elan səsləndirdi. Hər hansı konkret vaxt və tələskənlik olmadan 2016-cı il və ya sonrasında bazara geri dönə biləcəklərini açıqladı.
     
    1998-2011 illəri aralığında mobil bazarda hegemonluq edən Nokia daha sonra iPhone’lar və Android ağıllı telefonların qarşısında tab gətirə bilməmişdi. Microsoft ilə ortaqlığa gedən və Windows Phone cihazlar istehsal etməyə başlayan şirkət, daha sonra gözlənilmədən mobil sahəsini 2014-cü ildə 7 milyard dollar qarşılığında Microsoft’a sataraq böyük təəccüb yaratmışdı. Digər tərəfdən isə Microsoft və Nokia arasındakı sazişə görə şirkətin 2016-cı ilin dördüncü rübündən əvvəl şirkət telefon istehsal edə bilməz.
     
    Gözləyək, görək Nokia qarşımıza necə çıxacaq?
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər