main-post-cover

    Nokia, səssiz-səmirsiz Alcatel şirkətini də satın alıbmış

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Nokia, illik maliyyə aktivlərini açıqladığında siyahıda Alcatel telefon istehsalçısı şirkətinin də olduğu görüldü. Lakin Finlandiyalı istehsalçı, mövzuyla əlaqədar daha əvvəl açıqlama etməyə təşəbbüs göstərməyib.
    Nokia, şəbəkə təchizatı sektorunda Huawei ilə daha yaxşı rəqabət edə bilmək üçün 2016-cı ildə Fransız telekommunikasiya avadanlıq şirkəti və xidmət provayderi Alcatel-Lucenti 16.6 milyard dollar qarşılığında satın aldı. Məqsədin şəbəkə cihazları arasındakı rəqabəti alovlandırmaq olduğunu düşünürdük, məgərsə məqsəd daha böyük həcmliymiş. Sazişin bütün detalları ortaya çıxdı.

    Alcatel, orta və alt səviyyə telefonlar arasında çox məşhur bir markadır. Nokia maliyyə aktivlərini açıqladığında Alcatel ağıllı telefon vahidinin də siyahıda olduğu ortaya çıxdı. Hər nə səbəbdənsə Finlandiyalı istehsalçı, telefon şirkəti haqqında uzun müddətdir hər hansı bir açıqlama etməmişdi.
    Ancaq ortada maraqlı bir vəziyyət var . Alcatel-Lucent-in lisenziya haqları, 2024-ci ilə qədər BlackBerry-nin də lisenziya hüquqlarına sahib olan Çinli şirkət TCL-yə aiddir. Nokia, hal hazırda Lucatel-in yüzdə 91.8 nisbətindəki hissəsini əlində tutur. Lakin telefon lisenziya hüquqlarının 7 il boyunca TCL-də qalacağı, Nokia tərəfindən də təsdiqləndi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər