main-post-cover

    Nokia\'dan yeni ağıllı telefon gəlir: Nokia C9

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Nokia’nın yeni ağıllı telefonu C9’un qiyməti və özəllikləri açıqlandı!

    Nokia’nın bu il təqdim edəcəyi C seriyası ağıllı telefonu Nokia C9’a aid konsept videosu və məlumatlar yayımlandı.

    Bir vaxtlar bir nömrəli telefon istehsalçısı olan Nokia, yavaş-yavaş dirçəlməyə başlayır. Yayımlanan yeni konsept videosu ve özəlliklər, Nokia’nın yeni telefonu haqqında fikirlərin formalaşmasına kömək edir.
     
    Nokia'dan yeni ağıllı telefon gəlir: Nokia C9


    Yeni çıxacaq telefonlarla bağlı konsept hazırlayan Jermaine Smit, Nokia’nın bu il təqdim edəcəyi C9 modeli haqqında konsept videosu yayımladı. Metal gövdəyə sahib olduğu görünən Nokia C9, bir az LG Nexus 5X, bir az da Meizu modellerinə oxşayır. Bu arada Nokia müqaviləyə əsasən bu ilin 4-cü rübünə kimi Microsoft şirkətindən asılıdır, sonradan isə öz adından istifadə edərək cihaz istehsal edə biləcək. Buna görə də, vaxt itirmədən, telefon aid hər şeyi tamamlayıb, C9 modelini ilin sonunda təqdim edə bilər.
     
     
    Nokia'dan yeni ağıllı telefon gəlir: Nokia C9

    Deyilənə görə, Nokia C9'un qiyməti 460 dollara yaxın olacaq. Snapdragon 820 prosessor, 32, 64 və 128 GB daxili yaddaş, 21 MP arxa, 8 MP ön kameraya sahib olacağı deyilən C9’un Android 7.0 N əməliyyat sisteminə malik olacağı deyilsə də, Windows 10 əməliyyat sistemi ilə də gələ bilər.
     

    Nokia C9, konsept videosunda çox qəşəng görünür. Bəs siz, Nokia C9'un bu dizayn, qiymət və özəlliklərlə gəlməsini istəyirsiniz mi ?
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər