main-post-cover

    "Nokia"nın məşhur N seriyası geri qayıda bilər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Nokia”nın məşhur N seriyasının qayıdacağı barəsində iddialar gəzir.

    Yeni satışa çıxmış Nokia 6 modeli, Çində bütün satış rekordlarını qırmaqda davam edir. Smartfonun satıldığı mağazalar isə çox zaman sifarişlərin çatdırılması barəsində çətinlik çəkirlər. Görünür insanlar, "Nokia”nın öz N seriyası isə bazarda hökmranlıq etdiyi vaxtları yaxşı xatırlayırlar. Artıq Nokia brendi ilə smartfon istehsalını reallaşdıran "HMD Global” şirkəti, məşhur N seriyasını geri qaytara bilər. Hələ 2009-cu ildə "Nokia”, Çində Nseries ticarət nişanını qeydiyyatdan keçirtmişdi. Lakin bir neçə müddət bundan öncə ona oxşar ticarət nişanı çin dilində qeydiyyatdan keçib. Hələki qeydiyyatın kim tərəfindən edildiyi məlum deyil. Buna baxmayaraq qeydiyyatda smartfonlardan söz getdiyini nəzərə alsaq belə qənaətə gəlmək olar ki, qeydiyyatı məhz "HMD Global” şirkəti edib. İstisna deyil ki, yaxın zamanda təqdimatı olacaq flaqman smartfon N seriyasının davamçısı olacaq.

    Linki kopyala