"Nokia"nın öz səsli köməkçisi olacaq
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Nokia Solutions” şirkəti, Avropa Birliyində Viki adlı ticarət nişanının qeydiyyatdan keçirilməsi üçün sorğu göndərib.
Sorğu elə tərtib olunub ki, çox güman Viki, "Nokia”nın səsli
köməkçi servisi olacaq və bir növ Siri, Google Now və Cortana-ya bənzəyəcək.
Maraqlısı ondadır ki, yeni ticarət nişanını "HMD Global” deyil, məhz "Nokia” şirkəti
qeydiyyatdan keçirtmək istəyir. Qeyd etmək lazımdır ki, "HMD Global” şirkəti
növbəti 10 il üçün Nokia brendi adı ilə smartfonlar və planşetlər istehsal edəcək.
Həmçinin şirkət dünən Android əməliyyat sistemli ilk nokia modeli olan Nokia
E6-nı təqdim etdi. Çox güman ki, şirkətin səsli köməkçisi Viki bu smartfon üçün
proqram təminatı üzərindən aktiv olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)