"Nokia"nın yeni 3GB RAM-a malik Android smartfonu
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Bir zamanların ən sevimli telefon markalarından olan Nokia bir müddətlik aradan sonra geri dönməyə qərar verib
Belə ki, bir müddət əvvəl "Nokia"nın yeni model telefon üzərində çalışdığı haqda
xəbərlər vermişdik. Artıq "Nokia"nın yeni model telefonu haqda Geekbench testindən
alınan məlumatlar sızdırılıb.
Ağıllı telefonlar çıxmadan bazara liderlik
edən "Nokia", yeni telefonları ilə öz sevənlərini sevindirməyə hazırlaşır. Etdiyi
anlaşmalar səbəbiylə ağıllı telefon bazarına giriş edə bilməyən Nokia,
anlaşmanın sona çatmasıyla yeni telefonlarını təqdim etməyə hazırlaşır.
İlk cihazın Nokia D1C adıyla Geekbench performans testində 5 dəfə test edildiyi ortaya çıxdı. Məlumatlara görə cihaz Snapdragon
430 əməliyyat sistemi, 3GB RAM və Android 7.0 kimi xüsusiyyətləri özündə birləşdirəcək.
Cihazın sahib olduğu xüsusiyyətləri nəzərə alsaq yeni modelin o qədər də bahalı
olmayacağını demək mümkündür. Amma təbii ki, yeni modelin "Nokia"nın ağıllı
telefon bazarına giriş məhsulu olduğunu nəzərə alsaq, o qədər də pis sayılmaz.
Cihazın test nəticələri isə belədir:
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!