Məşhur Uncharted oyun seriyasında Nathan Drake personajını səsləndirən aktyor Nolan North Metrocon 2015 tədbiri çərçivəsində özüdə bilmədən The Last of Us 2 oyununun varlığını təsdiqləyib. Tədbir iştirakçılarından birinin aktyorun Naughty Dog studiyası ilə birlikdə gələcəkdə əməkdaşlıq haqqında planlarının nə olduğu sualına aktyor belə cavab verib.
"Hal-hazırda Uncharted 4 oyunundakı rolum mənim üçün çox vacibdir. Mən bilirəm ki, onlar The Last of Us 2-ni hazırlayırlar. Lakin mənim səsləndirdiyim personaj oyunda vaxtından əvvəl ölmüşdü" - deyə Nolan North bildirib. Qeyd edək ki, Nolan Naughty Dog studiyası ilə birlikdə çoxdan əməkdaşlıq edir. Məhz buna görə onun The Last of Us 2 haqqında verdiyi məlumatı təsdiqlənmiş hesab etmək olar.
Şərh yoxdur