Nömrəsiz belə əlaqə saxlaya biləcəyiniz telefon-XT-PRO DUAL

Nömrəsiz belə əlaqə saxlaya biləcəyiniz telefon-XT-PRO DUAL

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

"Thuraya", peyk telefonları sayəsində inkişaf etmiş şirkətlərdən biridir. Bu cihazlar digər ağıllı telefonların funksiyasını daşımasa da əlaqə saxlamaq üçün ideal hesab oluna bilər. Belə ki, belə telefonlardan biri olan XT-PRO DUAL dünyada çox nadir sayılan xüsusiyyətlərdən birini özündə birləşdirir.

Bu telefon cüt rejimli cüt SİM kartlı olmaqla dünyada bir ilkə imza atır. Yəni istifadəçilər peyk GSM əlaqəsi arasında keçid edə bilər.


XT-PRO DUAL adlı bu telefon, GSM və peyk şəbəkələri üçün iki ayrı hissəyə sahibdir. Bundan əlavə peyk və yerüstü şəbəkələrə bağlı qalaraq zənglər arasında keçidi təmin edən "Always On" adı verilən funksiya da mövcuddur.

Telefon, çox az sayda GSM şəbəkələrini dəstəkləyir və çox səyahət edən istifadəçilər üçün nəzərdə tutulub. "Thuraya"nın peyk şəbəkəsi Avropa, Afrika, Asiya və Avstraliya üzrə 160-dan çox ölkəni əhatə edir. Bundan əlavə telefonun GSM rejimi dünya üzrə 2G3G-ni dəstəkləyir.

"Thuraya" bu xüsusiyyətlərə sahib olduğunu iddia edən ilk telefon şirkəti olduğunu bildirir.

Telefonun batareyası 11 saat danışıq müddəti 100 saata qədər gözləmə müddəti təklif edir. Təcili düyməyə sahib XT-PRO DUAL, suya və toza dayanıqlı gövdədən əlavə Gorilla Glass cam ekrana da sahibdir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×