Noutbooklar üçün barmaq izi sensorlu USB cihaz

Noutbooklar üçün barmaq izi sensorlu USB cihaz

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Müxtəlif cihazlar üçün sensor panellərin və idarəetmə sistemlərin istehsalı ilə məşqul olan Synaptics şirkəti Turnkey adlı barmaq izi sensorlu USB açar təqdim edib. Bu kiçik cihaz sayəsində istifadəçilər hətda ən köhnə noutbooklarını belə qoruya biləcəklər. Yeni cihaz USB girişi olan hər bir Windows kompüteri ilə çalışır. Turnkey istifadəçiləri yaddaşlarda şifrə saxlamaq problemindən azad edir. Kompüterə daxil olmaq üçün istifadəçi cihazı USB giriş vasitəsi ilə kompüterə qoşub barmağını cihazın üstündəki barmaq tanıma sensoruna yaxınlaşdırmalıdır. Bundan sonra istifadəçi rahatlıqla kompüterinə daxil ola biləcək. Synaptics-in verdiyi məlumata əsasən cihaz Windows Hello və Microsoft Passport identifikasiya xidmətləri ilə əlaqəlidir. Düzü cihaz USB girişə bərkidilmir. Buna görə də aydın deyil ki, istənilən hacker həmin cihazı yerindən çıxardıb kompüterı qıra bilər yoxsa yox? Hər-halda şirkət cihazın istehsalını bu ilin 4-cü rübünə planlaşdırır. Onun qiyməti barəsində isə heç bir məlumat verilməyib.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×