Instagram-da yeni funksiya istifadəyə verilir
Sosial Media
07.05.2017
Farid Pardashunas
Instagram yeni təklif etdiyi xidmətlə özünə zərər vermək istəyənlərə və ya müəyyən bir hadisədən təsirlənənlərə dəstək verəcək.
Bir çoxları üçün Instagram yediyi yeməkləri,
getdiyi yerləri, xoşbəxt xatirələrini və ya sadəcə biznesini inkişaf etdirmək
üçün mövcud olan sosial şəbəkədir. Amma yeqin ki, hər kəs həyatının müəyyən
anında ruhdan düşür, sevdiklərindən uzaqlaşır və ya ciddi problemlərlə üzləşir. Bunu nəzərə alan şirkət yeni xidmətini təklif
edir. Belə ki, bundan sonra Instagramda özünü heç də xoşbəxt hiss etməyən, həyatından
narazı olan insanlar haqda bildirişlər əks
olunacaq.
Burda maraqlı məqam ondan ibarətdir ki, sizin
bildiriş etdiyiniz bilinmədən köməklik etmək istədiyiniz şəxsə "Biri sizin
görüntünüzü gördü və sizin özünüzü yaxşı hiss etmədiyinizi düşünür. Əgər dəstəyə
ehtiyacınız varsa, bizə bildirin.” şəklində mesaj göndəriləcək.
İstifadəçi dəstək səhifəsinə yönləndiriləcək. Burada ən yaxın dəstək nöqtəsi, yaxınlıqda olan dostlar, vəziyyətə bağlı olaraq xidmət göstərəcək yardım təşkilatları işə cəlb olunacaq.
İstifadəçi dəstək səhifəsinə yönləndiriləcək. Burada ən yaxın dəstək nöqtəsi, yaxınlıqda olan dostlar, vəziyyətə bağlı olaraq xidmət göstərəcək yardım təşkilatları işə cəlb olunacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)