Instagram-dan istifadəçilərin xoşuna gələcək bir yenilənmə daha gəldi!

TEXNOLOGİYA


08.05.2017 0 PAYLAŞIM 12373 OXUNMA

TECHNOTE @technote TECHNOTE logo icon

Son vaxtlarda tamamilə Snapchat-a oxşamağa başlayan Instagram, bu dəfə bir yenilənmə daha təklif edərək istifadəçilərini sevindirdi.

Artıq kifayət qədər artan Instagram hekayə istifadəsi, yavaş-yavaş Snapchatı unutdurmağa doğru gedir. Eyni zamanda canlı yayım funksiyasını da işə salan Instagram, təqdim etdiyi son yenilənmə ilə artıq canlı yayımlarınızı da yaddaşda saxlamağınıza şərait yaradır.


Beləliklə Instagram üzərindən edəcəyiniz yayımları mobil telefonunuzda saxlayaraq daha sonra özünüz təkrar izləyə bilər və nələr baş verdiyinə təkrar göz ata bilərsiniz. Bunun həmçinin yarana biləcək hüquqi problemlərdə də sübut xüsusiyyəti daşıyacağını da unutmamaq lazımdır. Yəni əgər aranızda Instagramda söz atmağı ya da yayım verən şəxsi hirsləndirməyi sevən birisi varsa artıq bundan sonra böyük problemlər yaşaya bilər.