main-post-cover

    Instagram-ın iOS versiyasına maraqlı yenilənmə gəldi

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Artıq Instagram demək olar ki, iPhone 7-nin bütün xüsusiyyətlərini dəstəkləyir.

    iPhone 7-nin prezentasiyası zamanı Instagram-ın təsisçisi Mike Krieger söz vermişdi ki, məşhur fotoservisə iPhone-nun Live Photo funksiyasını və genişləndirilmiş rəng çalarlarını əlavə edəcək. Bugün o, öz Twitter səhifəsində bildirib ki, şirkət, iPhone 7 və iPhone 7 Plus-ın genişləndirilmiş rəng çalarlarını Instagram üçün təqdim edir. Maraqlısı odur ki, bundan sonra iPhone istifadəçiləri fotoservisə Live fotoları kənar tətbiqlərsiz yükləyə biləcəklər. Beləliklə Live fotolar avtomatik olaraq GIF formata çevrilərək Instagram Stories-də paylaşılacaq.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər