main-post-cover

    Instagram istifadəçilərinin məlumatlarını oğurlayan 13 tətbiq aşkar edilib

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    "ESET” şirkətinin mütəxəssisləri, Instagram-dan istifadəçi məlumatlarını oğurlayan 13 zərərli tətbiqi aşkar ediblər.

    Sözügedən tətbiqlər guya, Instagram-dakı izləyici, bəyənmə və şərh sayını artırmaq üçün nəzərdə tutulub. İstifadəçilər isə bu ümid ilə həmin tətbiqləri yükləyiblər. Siyahıdakı tətbiqlərdən hər-hansı birini yüklədikdən sonra istifadəçi öz login və şifrəsini, tətbiqdə qeyd edib heç nədən şübhələnmirdi. Həmin məlumatlar isə hackerlərə sadə mətn formatında çatırdı. Sözügedən virus, Android /Spy.Inazigram adını alıb. Lakin məsələ burasındadır ki, istifadəçi öz login və şifrəsini düz qeyd etsə belə tətbiq onun səhv olduğunu bildirir. Bu onunla əlaqədardır ki, Instagram, istifadəçiyə, planlaşdırılmamış giriş barədə xəbər verir. İstifadəçi isə öz növbəsində Instagram-da şübhə yaratmamaq üçün, hackerlərin adından öz məlumatlarını təsdiqləyir. Mütəxəssislər qeyd ediblər ki, sözügedən tətbiqləri əsasən Instagram səhifələrinin izləyici sayını qaldıran saytlar yükləyiblər. Hack olunmuş istifadəçi səhifələrinin vasitəsilə digər istifadəçilərə spam göndərilir və izləyici, bəyənmə və şərh artırma paketləri satılır. Hal-hazırda sözügedən tətbiqlər, Google Play-dən pozulub. Əgər siz, siyahıdakı tətbiqlərdən hansınısa yükləmisinizsə, onda dərhal öz Instagram istifadəçisinin şifrəsini dəyişin.
    Linki kopyala