main-post-cover

    Instagram şəkillər üzərində reklam taqlarının testinə başladı.

    Sosial Media
    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Instagramın yeni reklam xüsusiyyəti itifadəçilərin də işini asanlaşdıracaq. Artıq ABŞ-da yoxlanılan bu yeni xüsusiyyətin köməyilə istifadəçilər yeni bir pəncərə açmadan elə Instagramdaca alış-veriş edə biləcəklər. Alış-veriş səhifələrinə keçid üçün isə şəkillərin üzərinə yerləşdirilən etiketlər vasitəsilə keçid etmək mümkün olacaq. Lakin bu keçid facebookun Instant Article əlavəsilə bənzər olacaq. Yəni, taqa toxunan istifadəçi bir saniyəyə Instagramın öz tərkibində açılan pəncərədən satışda olan məhsula baxa biləcək. Əgər məhsul istifadəçini qane etməzsə yenə bir toxunuşla ana səhifəyə qayıdış mümkün olacaq.
     
    Artıq iyirmidən çox satış mərkəzi ilə müqavilə bağlayan Instagramın bu xidməti ABŞ-dan sonra digər dünya ölkələrində də təqdim olunacaq. Lakin işin maraqlı tərəfi isə Azərbaycan startapı olan Shrippy-nin eynilə buna bənzər funksiyanı instagram üçün tool olaraq təqdim etməsi idi. İndi isə Shrippy-nin təqdim etdiyi bu yenilik (şəkil üzərinə taglar) instagram tərəfindən tətbiq olunmağa başlayır. Belə bir vəziyyətdə Shrippy startapının hansı addımı atacağı çox maraqla gözlənilir. Texnologiya və Amerikada startap bazarının çox sürətlə inkişaf etdiyini nəzərə alsaq belə bir zamanda sosial şəbəkə kimi startap yaratmağın nə qədər təhlükəli olduğunu görə bilərik. Çünki, bazarda olan əjdahalar hər an sizin ideyanın eynisini öz istifadəçilərinə təqdim edə bilər.
     

     

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər