"Instagram"a bir gündə 3 möhtəşəm xüsusiyyət əlavə olundu!

"Instagram"a bir gündə 3 möhtəşəm xüsusiyyət əlavə olundu!

Sosial Media
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Instagramın Hekayələr xüsusiyyəti gedərək inkişaf edir və çox vacib  bir hala gəlir. İndiyə qədər sadəcə qısa video və şəkillər paylaşılan və üzərində yazı yazmaq, xəttlər çəkmək kimi imkanlar təklif edən Instagram Hekayələri, artıq daha funksionaldır.

Boomerang:

Instagramın dünən blogunda elan etdiyi yeniliklerden ilki Boomerangdır. Artıq Stories əlavə edərkən aşağıda yerləşən Boomerang seçimi vasitəsilə gif-lər yaradıb paylaşa bilərsiniz. Ayrı bir tətbiq ilə Instagramda da bu cür paylaşımlar onsuzda edilirdi, lakin artıq əlavə bir tətbiqə ehtiyac duymadan Stories olaraq paylaşa bilərsiniz.

Mention: 

Stories paylaşarkən birilərinə toxunmaq, onlara yönləndirmək həqiqətən ehtiyac halına gələn bir şeydir. Instagram da bunun fərqinə varmış olacaq ki artıq Stories paylaşarkən şəxsləri bir növ etiketləməyinizə imkan verir. Bununla da ən sadə misal ilə şəkilini paylaşdığınız insanın hesabını "@" ilə əlavə edib ona yönləndirə bilərsiniz.
Bu xüsusiyyət əlavə olaraq çox gözəl bir reklam modeli də ola bilər.
 

Link Əlavə Etmək: 

Instagramın təkidlə şəkil paylaşımında məzmun hissəsində icazə vermədiyi daxil oluna bilən link mövzusu Stories ilə biraz zəifləmişə oxşayır. Hələki çox məhdud bir kütləyə açılmış olsa da ümid edirik ki yaxında hər kəs Stories-ə daxil oluna bilən link əlavə edə biləcək. Beləliklə aşağıdakı şəkildə də olduğu kimi bir blog yazınıza və ya başqa bir şeyə yönləndirmə edə biləcəksiniz.
 
Stories bu xüsusiyyətlər vasitəsilə yüksəlişini davam etdirəcək. Instagramın real məzmun paylaşım sahəsində və like saylarında bir azalmaya səbəb olmuş olsa da gələcəkdə Stories-ın önəmi artacaq kimi görünür. Bir sonrakı yenilik olaraq isə Stories-a daha uzun video məzmunları əlavə etmək imkanı yaratsalar daha da maraqlı olacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagramı internetsiz də istifadə edə biləcəyiniz möhtəşəm funksiya elan edildi..

F8 konfransında çıxış edən Mark Zuckerberg, Instagrama offlayn versiyanın əlavə ediləcəyini elan e..


Facebook, olduqca real kamera effektlərini təqdim etdi

Facebook, bu gün yeni platformasını F8 Konfransında təqdim etdi. Edilən açıqlamalarda Facebook, rea..


Yerli Youtube mədəniyyətini kökündən dəyişəcək kanal - ZehinX

Azərbaycanda mövzu youtube olduqda bir çoxlarımızın düşündüyü, türk serialları,..


Nəyə görə biz "pornoqrafiyanı" daha çox sevirik?

Salam. Əvvəla onu qeyd edim ki, bu məqalə mənim şəxsi subyektiv fikrimi nümayiş etdirir. Təbii ki ..


McDonalds işçilərini Snapchat-dən seçəcək!

Sosial şəbəkələrin həyatımıza tam mənasıyla daxil olması artıq tamamlandı deyilə bilər. Çünk..


6 Aprel 1980-ci il. 20-ci əsrin ən vacib ixtiralarından biri. Söhbət kompüterdən..

6 Aprel 1980-ci il tarixində \"3M” şirkəti, ABŞ-da Post-It Notes kağızlarını satışa çıxard..

×