
Instagramı internetsiz də istifadə edə biləcəyiniz möhtəşəm funksiya elan edildi!
Sosial Media
07.05.2017
Farid Pardashunas
F8 konfransında çıxış edən Mark Zuckerberg, Instagrama offlayn versiyanın əlavə ediləcəyini elan etdi. Bu yeni xüsusiyyət ilə istifadəçilər internet bağlantıları olmadıqda belə tətbiqi istifadə edə biləcəklər.
Ənənəvi F8 developer konfransında gələcək planlarını
paylaşan Facebook, məşhur tətbiqi Instagram haqqında da vacib açıqlamalar etdi.
F8-in ilk günündə açılış nitqini reallaşdıran Mark Zuckerberg, Instagrama
offlayn versiyanın əlavə ediləcəyini elan etdi.
Instagramın inkişaf etməkdə olan bazarlarda da məşhurlaşmasını
istəyən Facebook, bu yeni xüsusiyyəti də bu bazarları düşünərək hazırladı.
Instagramın yeni offlayn versiyası, yüksək sürətli internetin demək olarki mövcud olmadığı bazarlarda, istifadəçilərə çox daha yaxşı və kəsintisiz bir sosial
media təcrübəsi təklif etməsinə şərait yaradacaq.
Yeni offlayn versiya vasitəsilə Instagram istifadəçiləri
internet qoşulmaları kəsildiyində də hazırki məzmunları, profilləri və
bildirişləri görə biləcək. Bəyənmə, izləmə və şərh yazmaq kimi əsas xüsusiyyətlər
də offlayn versiyada istifadə ediləcək. İnternet qoşulması yox ikən edilən
bütün bu əməliyyatlar offlayn olaraq qeyd ediləcək və internetə qoşulduğu anda avtomatik olaraq yenilənəcək.
Hələlik sadəcə Instagramın Android tətbiqindəki beta
istifadəçiləri tərəfindən istifadə edilə bilən offlayn modu, irəlidəki aylarda
hərkəs üçün istifadəyə təqdim ediləcək.
Linki kopyala
Həftənin xəbərləri

