main-post-cover

    Instagramı internetsiz də istifadə edə biləcəyiniz möhtəşəm funksiya elan edildi!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    F8 konfransında çıxış edən Mark Zuckerberg, Instagrama offlayn versiyanın əlavə ediləcəyini elan etdi. Bu yeni xüsusiyyət ilə istifadəçilər internet bağlantıları olmadıqda belə tətbiqi istifadə edə biləcəklər.

    Ənənəvi F8 developer konfransında gələcək planlarını paylaşan Facebook, məşhur tətbiqi Instagram haqqında da vacib açıqlamalar etdi. F8-in ilk günündə açılış nitqini reallaşdıran Mark Zuckerberg, Instagrama offlayn versiyanın əlavə ediləcəyini elan etdi.
    Instagramın inkişaf etməkdə olan bazarlarda da məşhurlaşmasını istəyən Facebook, bu yeni xüsusiyyəti də bu bazarları düşünərək hazırladı. Instagramın yeni offlayn versiyası, yüksək sürətli internetin demək olarki mövcud olmadığı bazarlarda, istifadəçilərə çox daha yaxşı və kəsintisiz bir sosial media təcrübəsi təklif etməsinə şərait yaradacaq.
    Yeni offlayn versiya vasitəsilə Instagram istifadəçiləri internet qoşulmaları kəsildiyində də hazırki məzmunları, profilləri və bildirişləri görə biləcək. Bəyənmə, izləmə və şərh yazmaq kimi əsas xüsusiyyətlər də offlayn versiyada istifadə ediləcək. İnternet qoşulması yox ikən edilən bütün bu əməliyyatlar offlayn olaraq qeyd ediləcək və internetə qoşulduğu anda avtomatik olaraq yenilənəcək.
    Hələlik sadəcə Instagramın Android tətbiqindəki beta istifadəçiləri tərəfindən istifadə edilə bilən offlayn modu, irəlidəki aylarda hərkəs üçün istifadəyə təqdim ediləcək.
    Linki kopyala