"Intel" 500 ədəd dron ilə şou göstərərək rekordunu yenilədi (VİDEO)

"Intel" 500 ədəd dron ilə şou göstərərək rekordunu yenilədi (VİDEO)

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Keçən il "Intel” şirkəti eyni anda 100 ədəd dronu göyə uçuraraq dünya rekorduna imza atmışdı.

Bütün bu müddət ərzində mühəndislər uçuşların koordinasiya alqoritmlərinin təkmilləşdirilməsi üzərində çalışırdılar. Bu həftə isə şirkət 500 ədəd dronu göyə qaldıraraq əsl işıq şousu göstərdi. Həmin şou Intel Shooting Star adlandırıldı. "Technote.az"ın "Intel"ə istinadən verdiyi xəbərə əsasən həmin göstərini Ginnesin Rekordlar Kitabının təmsilçiləri nəzərə alıblar. Qeyd etmək lazımdır ki, Intel Shooting Star şirkətin Falcon 8+ modelindən sonra ikinci yeni dronudur. Yeni model dronun çəkisi cəmi 280 qramdır və o 20 dəqiqə ərzində uça bilir. Dronun korpusu sudan qorunduğu üçün o hətta yağışlı havada belə uça bilər.

 


 

Bu dron daha çox əyləncə sektoru üçün nəzərdə tutulub və ondan gecə səmasında animasiyanın yaradılmasında istifadə olunacaq. Bunlardan əəlavə olaraq cihaz 4 milyarddan çox rəngi əks etdirən işıq diodlarından ibarətdir. Proqram təminatı səmada qurulacaq lazımi fiquru analiz edir və hər bir dronun uçuş trayektoriyasını təyin edir. Bütün dronları bir kompüterlə idarə etmək olar. Şirkətin bildirdiyinə görə bu qədər dronların vasitəsilə lazımi animasiyanın yaradılmasına sadəcə bir neçə gün vaxt sərf olunacaq. Təqdim olunmuş videoda 500 ədəd dron şirkətin loqosunu və digər fiqurlar yaradıb və daha sonra start meydançasına geri dönüblər.

 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×