main-post-cover

    "Intel" və "Amazon" gənc texnoloji startapa 120 milyon dollar yatırım edir

    Digər
    07.05.2017
    Farid Pardashunas

    "Intel” və "Amazon” Myo adlı texnoloji qol sarğısının yaradılması ilə məşqul olan "Thalmic Labs” şirkətinə 120 milyon dollar investisiya yatırıblar.

    Bu qol sarğısı bir çox cihazları əl jestləri və hərəkətləri ilə idarə etməyə imkan verir. Bu, insan əzələsinin elektrik aktivliyi nəticəsində baş verir. Sarğı həmin aktivliyi qəbul edərək onu analiz edir və idarəetmə cihazına naqilsiz şəbəkə vasitəsilə yönləndirir. Görünür "Amazon” səslə idarəetmə texnologiyasına investisiya yatıracaq. "Thalmic Labs” şirkəti də cihazında bunu reallaşdırmağı planlaşdırır. "Intel” isə öz növbəsində şirkəti geyinilə bilən texnologiyalar sahəsində öz strateji əməkdaşı kimi görür. Hal-hazırda "Thalmic Labs” şirkətində yüzlərlə insan çalışır. İki böyük şirkətin investisiyaları nəticəsində "Thalmic Labs” yaxın zamanda öz komandasını daha da genişləndirəcək. "İnnovativ texnologiyaların yaradılması üçün əsaslı yeni texnologiyaları yaratmalı olduğumuzu bildiyimizdən biz Thalmic-i təsis etdik. İnvestisiyalar bizim gələcək üçün planlaşdırdığımız məhsulların inkişafında bizlərə yardım edəcək. Həmdə yeni investisiyalar bizə real və rəqəmsal dünyanın bir araya gəldiyi yeni texnoloji dövr haqqında təsəvvürlərimizin reallaşdırılmasında əsas rol oynayacaq” –deyə şirkət rəsmiləri bildiriblər.
    Linki kopyala