
Nutella nə üçün bu qədər aludəçilik yaradır?
07.05.2017
Farid Pardashunas
Bazardakı ən yaxşı şokoladlı fındıq kremi olan Nutella, niyə aludəçilik yaradır?
Xüsusilə
qadınlar arasında olduqca məşhur olan lakin dünyanın istənilən yerində,
qadın-kişi fərq etmədən, yemək süfrəsində olduğunda mütləq istifadə edilən
şokoladlı fındıq kremi olan Nutella, "Ferrero” firmasından çıxan və bu sahədə dünyada ən
yaxşı məhsul olaraq qəbul edilir.
Bəs
digər bir çox fındıq kremləri çox da sevilməzkən niyə Nutella aludəçilik
yaradacaq dərəcədə sevilir? Niyə normalda 1-2 həftə getməsi lazım olan bu krem
bir neçə saata qaşıqlayaraq bitir? Bu da cavabı:
Nutellanın
saytından da görə biləcəyiniz kimi tərkibində şəkər, palma yağı, fındıq, kakao,
süd, eləcə də lesitin və vanilin istifadə edilir. Ancaq Lesitin hər nə qədər təbii
olsa da beynimizdə aludəçilik yaradacaq bir təsirə sahibdir. Yəni, tamamilə təbii
və kimyəvi olmasa da zərərsiz bir aludəçilik maddəsidir deyə bilərik.
Bir
digər sıxıntı isə vanilindir. Vanilin hər nə qədər bildiyimiz vanil sayılsa da
saytında da bildirilən "sintezlənmə yolu ilə əldə edilən vanilin” mövzusunda, tərkibində
olan MSG adlı maddə və bu maddədəki eksikotoksin adlı digər bir maddə səbəbi ilə
miqrenə səbəb ola bilər.

Nəticə
olaraq əslində tamamilə təbii maddələr ilə istehsal edilən Nutella, görünüşə
görə lesitin və vanilin vasitəsilə istəməsək belə bizdə aludəçilik yaradarkən,
fındıq və kakaonun gözəl dadı ilə isə özünü sevdirməyi də bacarıb. (P.S: Bu xəbəri
yazarkən marketə gedib Nutella almamaq üçün özümü güclə saxlayıram)
Linki kopyala
Həftənin xəbərləri

