Nutella nə üçün bu qədər aludəçilik yaradır?

Nutella nə üçün bu qədər aludəçilik yaradır?

08.05.2017 PAYLAŞIM

Bazardakı ən yaxşı şokoladlı fındıq kremi olan Nutella, niyə aludəçilik yaradır?

Xüsusilə qadınlar arasında olduqca məşhur olan lakin dünyanın istənilən yerində, qadın-kişi fərq etmədən, yemək süfrəsində olduğunda mütləq istifadə edilən şokoladlı fındıq kremi olan Nutella, "Ferrero” firmasından çıxan və bu sahədə dünyada ən yaxşı məhsul olaraq qəbul edilir.

Bəs digər bir çox fındıq kremləri çox da sevilməzkən niyə Nutella aludəçilik yaradacaq dərəcədə sevilir? Niyə normalda 1-2 həftə getməsi lazım olan bu krem bir neçə saata qaşıqlayaraq bitir? Bu da cavabı:


Nutellanın saytından da görə biləcəyiniz kimi tərkibində şəkər, palma yağı, fındıq, kakao, süd, eləcə də lesitin və vanilin istifadə edilir. Ancaq Lesitin hər nə qədər təbii olsa da beynimizdə aludəçilik yaradacaq bir təsirə sahibdir. Yəni, tamamilə təbii və kimyəvi olmasa da zərərsiz bir aludəçilik maddəsidir deyə bilərik.

Bir digər sıxıntı isə vanilindir. Vanilin hər nə qədər bildiyimiz vanil sayılsa da saytında da bildirilən "sintezlənmə yolu ilə əldə edilən vanilin” mövzusunda, tərkibində olan MSG adlı maddə və bu maddədəki eksikotoksin adlı digər bir maddə səbəbi ilə miqrenə səbəb ola bilər.

Nəticə olaraq əslində tamamilə təbii maddələr ilə istehsal edilən Nutella, görünüşə görə lesitin və vanilin vasitəsilə istəməsək belə bizdə aludəçilik yaradarkən, fındıq və kakaonun gözəl dadı ilə isə özünü sevdirməyi də bacarıb. (P.S: Bu xəbəri yazarkən marketə gedib Nutella almamaq üçün özümü güclə saxlayıram)



DAHA ÇOX


Yer kürəsinə bənzəyən yeni ekzoplanet aşkar edilib (VİDEO)

Astronomlar Yer kürəsinə bənzər daha bir ekzoplanet aşkar ediblər. Yer kürəsindən 40 işıq ili..


NASA-nı hack edən adam dəhşətli məlumatlar ortaya çıxardı!

NASA-nın bizdən həmişə bir şeylər gizlətdiyini, topladığı məlumatları insanlarla paylaşmadığ..


Pul istifadə etməyi öyrəndikdən sonra fahişəlik etməyə başlayan meymunlar (Təcrü..

Əgər Darwin bu məqaləni oxuya bilsəydi çox gümanki gözləri yaşarardı. Yale Univetsitetində tə..


Elm tarixində ilk dəfə alimlər qara dəliyin hadisələr üfüqünün fotosunu çəkəcəkl..

Tarixdə ilk dəfə alimlər qara dəliyin hadisələr üfüqününün fotosunu çəkəcəklər. Sözüge..


Kosmologiyada yeni kəşf. Öz qalaktikasından uzaqlaşan qara dəlik aşkarlanıb..

Hubble kosmik teleskopu ilə çalışan alimlər, qeyri-adi qara dəliyi kəşf ediblər. Belə ki, kü..


Kainatın mərkəzi harda yerləşir?

\"Kainatın mərkəzi hardadır?” sualı, alimlərə tez-tez verilir. Lakin hal-hazırda bu suala heç..

×