Nüvə bombasının partlamasının fəsadları (VİDEO)
07.05.2017
Farid Pardashunas
Dünyada nüvə silahları vasitəsilə ola biləcək müharibədən sonra insanlar nüvə qışı şəraitində sağ qala biləcəklərmi?
Life Noggins adlı YouTube kanalı
böyük olmayan ərazidə partlamış 100 nüvə bombasının fəsadları haqqında video
hazırlayıb. Nüvə qışı, irimiqyaslı nüvə müharibəsi sonrası fərziyyəyə əsaslanan
Yer kürəsinin iqlim şəraitidir. Adətən güman olunur ki, nüvə bombasının
partlaması nəticəsində stratosferə yüksək miqdarda tüstü və his buraxılan zaman
planetdəki temperatur, günəş şüalarının sayının azalması hesabına aşağı düşür.
Lakin insanlar nüvə qışına dözə biləcəklərmi? Qısa olaraq "çox güman ki, yox”
cavabını vermək olar. Lakin tam geniş cavab müharibəyə hansı ölkələrin daxil
olacağı, nüvə bombalarının harada və hansı gücdə partlaycaqları faktorlarından
asılıdır. Bütün faktorları nəzərə almaq mümkün olsa da bir xeyli çətindir.
Life Noggins kanalı aydın şəkildə
başa salır ki, əgər Pakistan ilə Hindistan arasındakı ərazidə 100 ədəd nüvə
bombası partlası onda tərkibində yüksək miqdarda olan karbon, stratosferə
qalxaraq gün şüalarını udacaq. Bu isə stratosferdəki temperaturun artmasına,
lakin Yer kürəsinin səthinin və dünya okeanının temperaturunun aşağı düşməsinə
gətirib çıxaracaq. Ozon qatı da bu hadisədən zərər çəkəcək. Nəticədə kənd təsərrüfatı
yararsız hala düşəcək və insanlar aclıqdan tələf olacaqlar. Bu cür şəraitdən
yalnız 5 il sonra Yer kürəsindəki temperatur 1 dərəcə aşağı düşəcək, ozon qatı
isə yavaş-yavaş özünü bərpa etməyə başlayacaq. Çox qorxunc səslənir elə deyilmi?
Lakin nəzərə alaq ki, bu misalda yalnız 100 ədəd nüvə bombasından istifadə
olundu. Dünya üzrə bir çox ölkələr külli miqdarda nüvə bombalarına sahibdirlər.
Ümumi rəqəm isə 15000 ədəd nüvə bombası edir. Onların hamısından müharibədə
istifadə edilsə onda bizi ən böyük təhlükə gözləyir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək