main-post-cover

    Obsidian Entertainment studiyasının yeni oyunu yaxın zamanda təqdim olunacaq

    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas
    Obsidian Entertainment studiyasının təsisçilərindən biri olan Feargus Urquhart Game İnformer-ə müsahibəsində bildirib ki, studiyanın yeni oyunu yaxın bir neçə ay ərzində təqdim olunacaq. Bundan əlavə olaraq Urquhart bildirib ki, bir neçə vaxt bundan qabaq studiya Microsoft şirkətinin təklifi ilə Stormlands adlı oyun üzərində çalışırdı. Lakin sonradan Microsoft oyundan imtina etdi və adı bilinməyən digər bir şirkət oyunun hazırlanmasında studiyaya kömək etmək qərarına gəldi. Qeyd edək ki, 4 dekabr tarixində ənənəvi The Game Awards tədbiri keçiriləcək. Çox güman ki, Obsidian Entertainment studiyasının yeni oyunu haqqında ilk məlumatları biz məhz bu tədbirdə eşidəcəyik. 
    Linki kopyala