main-post-cover

    "Oculus Rift"i artıq çox daha zəif kompüterlər ilə işlətmək mümkündür

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Oculus Rift uzun bir müddət əvvəl satışa təqdim edilmiş vəziyyətdə olsada, cihazın yüksək sistem tələbləri, virtual reallıq eynəyinin geniş kütlələrə çatmasının önündəki ən böyük maneə olaraq qalmışdı. Oculus Riftin inkişaf etdirdiyi yeni xüsusiyəti ilə  birlikdə artıq daha aşağı gücdəki kompüter sahibləri də virtual reallığın dadını çıxara biləcəklər.
    Oculus'un "asynchronous Timewarp" adlı texnologiyası görüntülərin render aralığını yarıya salır ancaq vizual təcrübə olaraq 90 hz-lik kimi görüntü alınmasına imkan yaradır. Bu sayədə yüksək texniki xüsusiyyətlərə sahib bir kompüter olmasa belə, Oculus Rifti o kompüterdə istifadə etmək olur. Artıq AMD RX 400 ardıcıllığı və ya GTX 900 və ya 1000 ardıcıllığı ekran kartı sahibi olmaq, Oculus Rift istifadə etmək üçün kafi olur. Yeni texnologiyanın iş məntiqiylə əlaqədar detallı məlumatların yer aldığı Oculus xəbərdarlağına aşağıdakı linkdən göz ata bilərsiniz.

     
        Polad Tağıoğlu
       Redaktor
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər