main-post-cover

    "ODTÜ TEKNOKENT" - "YFYİ", akselerasiya proqramına Azərbaycan startaplarını da qəbul edir. (QƏBUL)

    Digər
    07.05.2017
    Farid Pardashunas
     
    "ODTÜ TEKNOKENT" tərəfindən təşkil edilən, Türkiyənin ən böyük sürətləndirmə proqramlarından biri "Yeni Fikirler Yeni İşler 2017" üçün qəbullar başladı. Startaplara istər ideya mərhələsində, istər formalaşmış bir iş modelinə sahib olan biznes mərhələsində istərsə də artıq qlobal bazara addım atmaq mərhələsində dəstək verilir. "YFYİ" dili ilə desək:

    "Qlobal nailiyyətlərə birlikdə imza atmaq və ilk gündən dərslərlə sürətlənmək üçün səni də aramıza qoşulmağa dəvət edirik"

    Yenilənmiş altyapısı ilə "YFTİ" gələn müraciətləri müəyyən müddət ərzində dəyərləndirir. Dəyərləndirmə və seçim müddətində siz "pre-acceleration" mərhələsinə yönləndirilirsiniz. Bu mərhələdə startaplar, ilkin olaraq "T-JUMP Ventures"in təqdim etdiyi onlayn dərslərə və mentorluq proqramında iştirak edir. Dərsləri uğurlu bir şəkildə başa vuran startaplar isə "Bootcamp"a dəvət alır. Burada isə startaplar "T-JUMP Ventures"in San Fransisko proqramına qatılmaq üçün hazırlıq keçirlər. Seçilən startaplar isə 7 həftəlik proqram ilə Amerikada qlobal təcrübə qazana. "ODTÜ TEKNOKENT"in San Fransisko mərkəzində ofislə təmin oluna və ortaq yatırım fondlarından investisiya ala bilərlər.
    Amerikada keçilən proqramlar ilə isə startap öz işini daha da sürətləndirərək, investorlarla görüşür. Türkiyədə baş tutacaq "Demo Day"də isə startaplar ekosisteminin önəmli iştirakçıları ilə bir araya gələrək, layihələrini təqdim edirlər. "Technote" olaraq "YFYİ" ilə əməkdaşlığımız çərçivəsində Azərbaycandan da startapların bu proqrama qəbul olunması mümkündür. Suallarınızla bağlı bizə yaxud yfyi@odtuteknokent.com.tr ünvanına müraciət edə bilərsiniz.
    Proqrama qoşulmaq üçün son tarix 20 Mart 2017-ci ildir.
    Proqrama qoşulmaq üçün buradan qeydiyyatdan keçin.
    Proqram haqqında ətraflı məlumat.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər