
Office 2016 təqdim olundu!
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Microsoftun
bulud bazalı yeni proqramları istifadəçilərin daha verimli işləməsinə şərait
yaradacaq. Microsoft eyni zamanda Office 365-in yeni və birləşdirilmiş
proqramları ilə bir komanda çalışması ortaya çıxaracaq.
Microsoftun mobil
proqramlarla inteqrasiyasını tənzimləyəcək şəkildə yeni bulud bazalı
xüsusiyyətlər əlavə olunmuş Office 365 artıq satışa çıxarılıb.
Office 2016; Word,
PowerPoint, Excel, Outlook, OneNote, Project, Visio ve Access de daxil olmaqla
Windows əməliyyat sistemi üçün yeni stolüstü proqramlarla gəlir. Müştərilər
Office 365 paketini almaqla həm də OneDrive, Skype For Business, Delve və
Yammer kimi ödənişli proqramlara da sahib olacaqlar.
Office 2016 proqramları
indiyə qədər ən uğurlu əməliyyat sistemi olan Windows 10’a çox uyumlu bir
şəkildə çalışacaq.
Windows Hello
istifadəçini gözündən tanıyır
Şəxsi
məlumat təhlükəsizliyini qorumaq məqsədilə istifadəçiləri göz bəbəyindən
tanıyan Windows Hello ilə Windows’a ve Office 365’ə giriş çox sadə olacaq.
Continuum xüsusiyyəti ilə Office mobil proqramları Windows 10 vasitəsilə
telefondan eyni kompyuterdən istifadə olunurmuş kimi istifadə edilə biləcək.
Hətta rəqəmsal assistent Cortana da Office 365 ilə birlikdə işləyə biləcək.
Tam bir komanda proqramı
Office
2016 proqramları komandaların bir araya gəlməsini və birlikdə işləməsini daha
da asanlaşdırır.
Eyni
zamanda yazmaassisenti artıq həm Word, həm Powerpoint, həm də OneNote
stolüstü versiyasında mövcuddur. Eyni zamanda yazma ilə Word sənədində digər
yoldaşlarınızın da etdiyi dəyişikliklər görünəcək.
Office
vəSkype’ın inteqrasiyası ilə Office
proqramları üzərindən komanda iştirakçıları mesajlaşa, ekran paylaşa, görüntülü
və səsli danışa bilərlər. Beləliklə öz işlərində daha çox vaxt qazanmış
olacaqlar.
Office
365 QruplarıOutlook 2016 ilə birlikdə işləyəcək və fərqli qruplarda
olsanız belə digər yoldaşlarınızla rahat əlaqədə olacaqsınız.
Office
365 Plannerilə işləri planlamaq, yeni iş əlavə etmək, işin bitiş tarixini
müəyyən etmək və e-mail bildirimlərini görmək mümkündür.
OneDrive
for Businessüçün də müəyyən güncəlləmələr bu ayın sonunda gəlir. Windows
və Mac üçün olacaq yeni nəsil sinxronizasiya ilə daha çox istifadəçi və çox
geniş sənəd saxlama deposuna sahib olacaq.
GigJamxüsusi
versiya olaraq təqdim ediləcək və 2016’da Office 365’in bir parçası olaraq
xidmət verməyə davam edəcək. GigJam'ın köməyilə doğru məlumatları toplayaraq və
doğru adamlarla əlaqə quraraq qərar vermə zamanlarını daha da azaldacaq.
Ən ağıllı Outlook
Outlook
2016indiyə qədərki ən ağıllı e-mail qutusu olaraq dizayn olundu. Outlook
2016 ən sürətli axtarma xüsusiyyətini təqdim edərkən, önəmsiz e-mailləri
avtomatik silərək vaxt itkisini minimuma endirir.Tell Mexüsusiyyəti
istənilən Office xüsusiyyətinə və idarəetməsinə anında bağlantı yarada
biləcək.Smart Lookupilə də Web’dən axtarılan məlumat birbaşa işçi
stoluna gətiriləcək.Excel 2016ilə datalarınızı tək klikləmə ilə
Power BI’da paylaşa bilər, yeni zəngin qrafiklər dizayn edə bilərsiniz. Office
2016 ilə ən son üzərində çalışılan sənədlərlə mobil cihazlardan, PCdən, ya da
online olaraq asan bir şəkildə əlaqə yarada biləcəksiniz.
Ən güvənli Office
Office
2016 və Office 365 şirkətlərə çox daha güvənli və qorumalı xüsusiyyətlərlə
gəlir. Word, PowerPoint, Excel və Outlook’da gələn güvənlik mexanizması
sayəsində BT hansı məlumatların şirkətə məxsus olduğunu müəyyən edərək bu
məlumatların şirkət xaricinə sızdırılma hallarını minimuma endirir.
İstifadəçilər şəbəkədə olmasalar belə kimlik müəyyənləşdirməsi ilə sənədlərinə
etibarlı şəkildə qoşula biləcəklər.
47 dildə işləyir
Office
2016 proqramları 47 fərqli dildə təqdim olunacaq və Windows 7 və sonrakı
əməliyyat sistemləri ilə işləyəcək.
Linki kopyala
Həftənin xəbərləri

