Office 2016 təqdim olundu!

Office 2016 təqdim olundu!

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

 

Microsoftun bulud bazalı yeni proqramları istifadəçilərin daha verimli işləməsinə şərait yaradacaq. Microsoft eyni zamanda Office 365-in yeni və birləşdirilmiş proqramları ilə bir komanda çalışması ortaya çıxaracaq.


 

Microsoftun mobil proqramlarla inteqrasiyasını tənzimləyəcək şəkildə yeni bulud bazalı xüsusiyyətlər əlavə olunmuş Office 365 artıq satışa çıxarılıb.

Office 2016; Word, PowerPoint, Excel, Outlook, OneNote, Project, Visio ve Access de daxil olmaqla Windows əməliyyat sistemi üçün yeni stolüstü proqramlarla gəlir. Müştərilər Office 365 paketini almaqla həm də OneDrive, Skype For Business, Delve və Yammer kimi ödənişli proqramlara da sahib olacaqlar.

Office 2016 proqramları indiyə qədər ən uğurlu əməliyyat sistemi olan Windows 10’a çox uyumlu bir şəkildə çalışacaq.

Windows Hello istifadəçini gözündən tanıyır

 

Şəxsi məlumat təhlükəsizliyini qorumaq məqsədilə istifadəçiləri göz bəbəyindən tanıyan Windows Hello ilə Windows’a ve Office 365’ə giriş çox sadə olacaq. Continuum xüsusiyyəti ilə Office mobil proqramları Windows 10 vasitəsilə telefondan eyni kompyuterdən istifadə olunurmuş kimi istifadə edilə biləcək. Hətta rəqəmsal assistent Cortana da Office 365 ilə birlikdə işləyə biləcək.

Tam bir komanda proqramı

Office 2016 proqramları komandaların bir araya gəlməsini və birlikdə işləməsini daha da asanlaşdırır.

Eyni zamanda yazmaassisenti artıq həm Word, həm Powerpoint, həm də OneNote stolüstü versiyasında mövcuddur. Eyni zamanda yazma ilə Word sənədində digər yoldaşlarınızın da etdiyi dəyişikliklər görünəcək.


Office vəSkype’ın inteqrasiyası ilə Office proqramları üzərindən komanda iştirakçıları mesajlaşa, ekran paylaşa, görüntülü və səsli danışa bilərlər. Beləliklə öz işlərində daha çox vaxt qazanmış olacaqlar.


Office 365 QruplarıOutlook 2016 ilə birlikdə işləyəcək və fərqli qruplarda olsanız belə digər yoldaşlarınızla rahat əlaqədə olacaqsınız.

Office 365 Plannerilə işləri planlamaq, yeni iş əlavə etmək, işin bitiş tarixini müəyyən etmək və e-mail bildirimlərini görmək mümkündür.

OneDrive for Businessüçün də müəyyən güncəlləmələr bu ayın sonunda gəlir. Windows və Mac üçün olacaq yeni nəsil sinxronizasiya ilə daha çox istifadəçi və çox geniş sənəd saxlama deposuna sahib olacaq.

GigJamxüsusi versiya olaraq təqdim ediləcək və 2016’da Office 365’in bir parçası olaraq xidmət verməyə davam edəcək. GigJam\'ın köməyilə doğru məlumatları toplayaraq və doğru adamlarla əlaqə quraraq qərar vermə zamanlarını daha da azaldacaq.

Ən ağıllı Outlook


Outlook 2016indiyə qədərki ən ağıllı e-mail qutusu olaraq dizayn olundu. Outlook 2016 ən sürətli axtarma xüsusiyyətini təqdim edərkən, önəmsiz e-mailləri avtomatik silərək vaxt itkisini minimuma endirir.Tell Mexüsusiyyəti istənilən Office xüsusiyyətinə və idarəetməsinə anında bağlantı yarada biləcək.Smart Lookupilə də Web’dən axtarılan məlumat birbaşa işçi stoluna gətiriləcək.Excel 2016ilə datalarınızı tək klikləmə ilə Power BI’da paylaşa bilər, yeni zəngin qrafiklər dizayn edə bilərsiniz. Office 2016 ilə ən son üzərində çalışılan sənədlərlə mobil cihazlardan, PCdən, ya da online olaraq asan bir şəkildə əlaqə yarada biləcəksiniz.

Ən güvənli Office

Office 2016 və Office 365 şirkətlərə çox daha güvənli və qorumalı xüsusiyyətlərlə gəlir. Word, PowerPoint, Excel və Outlook’da gələn güvənlik mexanizması sayəsində BT hansı məlumatların şirkətə məxsus olduğunu müəyyən edərək bu məlumatların şirkət xaricinə sızdırılma hallarını minimuma endirir. İstifadəçilər şəbəkədə olmasalar belə kimlik müəyyənləşdirməsi ilə sənədlərinə etibarlı şəkildə qoşula biləcəklər.

47 dildə işləyir

Office 2016 proqramları 47 fərqli dildə təqdim olunacaq və Windows 7 və sonrakı əməliyyat sistemləri ilə işləyəcək.

 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Jeff Bezos-un Blue Origin şirkəti Orbital Reef adlı orbital kosmik stansiyasını ..

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti Orbital Reef adlı özəl orbital kosmik stansiyanın yarad..


Elon Musk-ın Boring Company şirkəti Las-Veqasda 51 stansiyalı yeraltı tunellər s..

Nevada ştatının Klark adlı dairəsi Elon Musk-a məxsus olan Boring Company şirkətinin planına razılıq..


Apple M1 Max-ın qrafik çipi bençmark testlərində Nvidia GeForce RTX 2080 Super-i..

Reddit istifadəçilərindən biri Apple şirkətinin yeni prosessoru olan M1 Max-ın sahib olduğu qrafik ç..


Məşhur insayder Snapdragon 898 və MediaTek Dimensity 2000 barəsində yeni məlumat..

Digital Chat Station ləqəbli məşhur çinli insayder Snapdragon 898 ilə MediaTek Dimensity 2000 proses..


Məşhur analitik: 'Apple qarışıq reallıq cihazının istehsalını təxirə salıb'..

Son zamanlar Apple şirkətinin qarışıq reallıq (AR+VR) eynəyini satışa çıxardacağı barəsində çoxlu sa..


Xiaomi-nin öz ilk elektromobil istehsalına nə zaman başlayacağı məlum olub..

Smartfonları ilə tanınan Xiaomi şirkəti yaxın bir neçə il ərzində öz elektromobil istehsalına start ..

×