main-post-cover

    Oğrular 13.000$ dəyərində iPhone oğurladılar (Video)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Amerikanın Massaçusets əyalətinə bağlı Natick şəhərində maraqlı bir hadisə yaşanıb. 13.000$ dəyərində 19 iPhone oğurlanıb!

    Hər zaman maraqla izlənən iPhone seriyası bu dəfə oğruların hədəfinə tuş gəlib. Belə ki, çıxdığı gündən müxtəlif müzakirələrə səbəb olan iPhone 7 seriyası telefonları qiyməti ilə də diqqət çəkməyi bacarmışdı. Hətta bir müddət əvvəl məşhur türk Youtuberin iPhone 7 qiyməti ilə bağlı yayımladığı video da bir çoxlarının marağına səbəb olmuşdu.
     
    Təbii ki, bahalı məhsullar, cihazlar heç vaxt oğruların diqqətindən yayınmayıb. Bu dəfə də oğurluq hadisəsi Amerikanın Massaçusets əyalətinə bağlı Natick şəhərində baş verib. Belə ki, oğrular dəyəri 13.000$ olan 19 iPhone oğurlamağa nail ola biliblər.
    Hadisə 19:15 radələrində mağazanın işlək olduğu vaxtlarda baş verib. Oğurluq 7 nəfərlik qız və oğlanlardan təşkil olunmuş qrup tərəfindən həyata keçirilib. Oğurluq hadisəsi professional şəkildə cəmi 1 dəqiqəyə həyata keçirilib. İşi araşdıran Amerika polisi bu günədək 67 ədəd iPhone oğurluğu haqda müraciət aldığını bildirib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər