main-post-cover

    Oğurladığı pulun 1 milyonunu mobil online oyuna xərclədi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Gamer olmaq o qədər də asan deyil. Kevin Lee Co adlı şəxs iş yerindən oğurluq edib online oyuna xərclədi.

    Bir çoxları geyim, maşın və s. həvəskarı olsa da, Kaliforniyada yaşayan Kevin Lee Co online oyun həvəskarıdır. Bu şəxsi, həvəskardan daha çox fanatik adlandırmaq daha düzgün olar. Belə ki, 48 yaşlı Lee Co iş yerindən 4.8 milyon dollar pul oğurlayıb. O, oğurladığı pulun bir qismini sürətli maşınlara, NBA sezon oyununa və bir hissəsini əşyalara xərcləyib. Lee Co oğurladığı pulun 1 milyonunu online mobil oyun olan Clash of Clansvə Game of War-a xərcləyib.
    İşin maraqlı tərəfi isə bu şəxs 2008-2015-ci illər arasında təxminən iş yerindən 5 milyon dollar pul oğurlayıb. Bu pulun 20%-ni isə reklamlarda Kate Uptonun rol aldığı online oyuna xərcləyib. Belə görünür ki, Lee Co, Kate fanatıdır.
     
    Bir müddət əvvəl məhkəməsi olan Lee Co, 250.000 dollar pul cəzası və 20 il həbs cəzası alıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər