main-post-cover

    Olduğunuz yerdən bütün dünyaya işinizi sata biləcəyiniz peşə - Dizaynerlik

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Tələbə və ya evdar xanım, işçi və ya təqaüdçü fərq etməz hər kəs əlavə gəlir mənbəyi axtarır. Lakin çox zaman gözümüzün önündə olan bu əlavə gəlir mənbələrini görə bilmirik. Necə? 

    Evdə oturaraq, kompüter arxasında hazırlayacağınız məhsulları internet mühitində sata bilərsiniz. Və ya sifarişlər qəbul edərək onları hazırladıqdan sonra bank hesabınızda külli miqdarda pul görmək kimi bir şansınız da var.
    Əgər misal gətirəcək olsaq bu işlərdən (e-ticarət, developerlik, copywriterlik, məqalə yazarlığı və s.) maraqlı və bir o qədər də ən çox gəlir gətirənlərindən biri olan Dizaynerliyin adını çəkə bilərik. Belə ki, dünyanın hər yerində, irqindən, dinindən, dilindən asılı olmayaraq milyonlarla dizayner hər gün milyonlarla dollar pul qazanır və bir çoxları bunu edərkən evlərindən belə çıxmırlar. Frilans olaraq da adlandırılan evdə oturaraq dizayn işləri görmək, dünyada getdikcə daha çox rəğbət görən peşələrdən birinə çevrilir və Azərbaycanda da müəyyən bir kəsimin marağını cəlb edir.

    Bəs necə dizayner ola bilərəm?

    Əvvəla qeyd etmək istərdik ki, bu işi öyrənmək üçün ilk növbədə həvəs lazımdır. Dizaynerlik bir sevgi işidir. İşinizi sevməlisiniz. Əgər həvəs varsa sıradakı məqam internetdən dizaynerlik barədə videolara baxmaq və STEP IT Akademiyasına gedib professional dizaynerlərdən bu peşəni ən incə detallarına qədər mənimsəməkdir. Təbii ki, bütün bunları edərkən hər zaman irəlidə qazanacağınız minlərlə hətta onminlərlə manat pulları stimul olaraq hədəf götürə bilərsiniz. Bu yolda xərcləyəcəyiniz bütün əməkləriniz və pullarınız irəlidə sizlərə Havay adalarında istirahət və külli miqdarda gəlir olaraq geri qayıda bilər. Və ya evinizdə oturub heç bir işlə məşğul olmayıb istirahət üçün Kürdəmirə də gedə bilərsiniz. Seçim sizindir.

    Bəs dizayner olaraq necə və hardan pul qazana bilərəm?

    Yuxarıda qeyd etdiyimiz kimi ən münasib və peşəkar bir kurs müəllimlərindən sənətin ən incə detallarına qədər öyrəndikdən sonra sıra işinizi sərgiləmək və onu pula çevirməkdədir. Bu isə o qədərdə çətin bir proses deyil. İnternetdə yüzlərlə sayt bunun üçün sizin yolunuzu gözləyir. Envato Studio, Shutterstock, Freelancer, Fiverr və s. kimi platformalarda siz öz işlərinizi sərgiləyə, sata və hətta bəzi platformalarda heç tanımadığınız insanlardan, şirkətlərdən sifarişlər əldə edə və sadəcə bir sifariş üçün belə minlərlə dollar pul qazana bilərsiniz. 
    Bəzi dizaynerlər logo, websayt, flayer,banner və s. dizayn edə bildiklərini bir neçə nümunə ilə sübut edərək yuxarıda qeyd etdiyim və bənzəri platformalarda müştərilərini gözləyir və evlərindən belə çıxmadan qazanmağa və qazanclarını hər gün daha da artırmağa davam edirlər. Siz də onlardan biri ola bilərsiniz və evinizdə oturaraq peşəkar dizaynerlərin sizlərə öyrətdiyi üsullardan istifadə edərək dizayn möcüzələri yarada və maaşlı işlərdən daha çox qazanc əldə edə bilərsiniz.
    Bunun üçün sizlərə yuxarıda da qeyd etdiyimiz kimi STEP IT Akademiyasını məsləhət görə bilərik. Həm cibinizə uyğun həm də işinin peşəkarlarından alacağınız təhsil sizin üçün qazanc yeri olacaq. 
    Linki kopyala