

Öldükdən sonra istədiyiniz ağaca həyat verə biləcəksiniz.
İtaliyada Anna Citeli və Raoul Bretzel adlı cütlük Capsuıa Mundi adlı belə layihəni təklif edib. Layihəyə görə öldükdən sonra istədiyiniz ağaca can verə biləcəksiniz. Belə ki, insan öldükdən sonra insanın cəsədi təbii materiallar ilə bəzənmiş kapsullarda ağac toxumları ilə birgə basdırılacaq. Bununla da ağac kökləri bu kapsuldan istifadə edərək lazım olan qida maddələri ilə daha yaxşı təmin olunacaqlar. Beləliklə, də siz öldükdən sonra başqa bir canlıya can vermiş olacaqsınız. Bunun üçün xüsusi dizaynla ağaclar üçün bəsləyici maddələr, təbii və geri dönüşümə uyğun bir dəfn kapsulu düzəldilib. İşin başqa maraqlı tərəfi isə ölmədən əvvəl "can vermək” istədiyiniz ağacı özünüz seçə bilirsiniz. Təəssüf ki, hələ ki, İtaliya qanunları layihənin gerçəkləşməsinə izin vermirlər.
Müsahibə zamanı şirkətə verə biləcəyiniz suallar
Şərh yoxdur