main-post-cover

    Ölü təqlidi edən ilan sosial mediada hər kəsin marağını cəlb edib

    07.05.2017
    Farid Pardashunas
    Son zamanlar sosial mediada yayımlanan bir video hər kəsin diqqətini cəlb edib.
    Həvəskar herpetoloq Eric Johnson, zəhərsiz bir indiqo ilanını tutub və ilanın verdiyi reaksiya hər kəsin marağına səbəb olub.
    Təhlükə zamanı hər zaman ya qaçmağa, ya da savaşmağa üstünlük verən ilan növlərindən fərqli olaraq bu ilanın reaksiyası bir qədər fərqli olub. Bu ilan aktyorlar kimi ölü təqlidi edib. Eric ilanı ələ aldıqda heyvan bir anda hərəkət etməyi saxlayaraq, ağzını açaraq özünü ölülüyə vurub.
    Bir çoxları üçün bu reaksiya fərqli olsa da, indiqo növünə məxsus ilanlar təhlükə anında ölü təqlidi edə bilir. İşin maraqlı tərəfi isə belə bir reaksiya ilə əvvəllər heç kəsin qarşılaşmamasıdır. Hətta Victoria Universitetində ilanlar üzrə mütəxəssis olan Gregory daha əvvəllər belə halla rastlaşmadığını vurğulayıb.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər