
Ömürlük həbs cəzası alan gənc, haqqında çəkilən film sayəsində sərbəst qala bilər
Digər
07.05.2017
Farid Pardashunas
Netflix-də yayımlanan bir film ömürlük həbsə məhkum olunmuş gəncin sərbəst qalmasına şərait yaradıb.
Brendan Dassey adlı gənc 16 yaşındaykən əmisinə, törətdiyi cinayətdə köməklik göstərdiyi iddiası ilə ömürlük həbsə məhkum
olunmuşdu. Amma qərar bu ilin avqust ayında yenidən başqa bir hakim tərəfindən dəyərləndirilib.
Təkrar işə baxan William Duffin adlı
hakim "Müdafiə hüququnun pozulduğunu” əsas gətirərək sərbəst
buraxılmasını qərarlaşdırıb. Əyalət hakimi qərarı dəstəkləməsə də gəncin vəkili
Dasseyin bir neçə həftə içində sərbəst buraxılacağını bildirib.

Belə ki, bu hadisənin maraqlı tərəfi keçən
il Netflix-də yayımlanan 10 hissədən ibarət Making a Murderer adlı
filmin vacib rol oynamasıdır. Belə ki, filmdə Dasseyin başına gələnlər öz əksini
tapıb. Hansı ki, bəzi iddiaların ona zorla qəbul edilməsi, onunla polislərin
kobud rəftarı buna misal ola bilər. Məhz belə faktlar onun vəkilləri tərəfindən
vurğulanıb.
Bu il yenidən filmin ikinci sezonu çəkiləcək.
Bu seriyada da Dassey və onun əmisi haqda hadisələr öz əksini tapacaq.
Linki kopyala
Həftənin xəbərləri

