Oneplus Two haqqında hər şey!

Oneplus Two haqqında hər şey!

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Keçən il ilk telefonu One ilə böyük bir kütləyə özünü sevdirmiş olan Oneplus şirkəti dünən öz kiçik ölçülü tədbiri ilə ikinci telefonu Oneplus Two`nu mediaya təqdim etdi. Bu məqaləmizdə sizə Oneplus`un "2016 flagship killer”, yəni 2016-cı ilin admiral telefonlarının "qatili” adlandırdığı bu telefon haqqında bilməniz lazım olan hər şeyi yazacağıq.


Bu firma haqqında bilməyənlər üçün deyək ki, Oneplus şirkəti öz "Never Settle”, yəni "hər zaman önə doğru irəlilə” şüarı ilə mümkün olduğu qədər ucuz qiymətə çox yaxşı texniki xüsusiyyətlərə sahib telefonlar istehsal etməsi ilə tanınır. 2014-cü ilin ən yaxşı 3 smartfonu arasında olan Oneplus One buna misaldır. Qeyd edək ki, keçən ilin Galaxy S5 yaxud HTC One M8 kimi əjdaha sayılan telefonları ilə eyni səviyyədə olmasına baxmayaraq, bu telefonun qiyməti cəmi 299$, yəni hardasa 3 dəfə daha az idi sözü gedən modellərdən.



Dizayn


Oneplus Two`nun dizaynı köhnə qardaşına çox oxşardır. Gözə çarpan ilk dəyişiklik isə Two`nun alt hissəsində bir barmaq izi sensoru olmasıdır. Ancaq görünüş sizi aldatmasın, o bir düymə deyildir. Yəni Samsung telefonlarında oldğuğu kimi düyməni aşağı basmaq mümkün deyildir. Əksinə, bu düymə barmaq izi oxuyucusu və sensor ana menyu düyməsi kimi fəaliyyət göstərir.

 



Ancaq qeyd edək ki, bu barmaq izi oxuyucusu sadə bir oxuyucu deyildir. Ən yeni texnologiya ilə hazırlanan oxuyucu an etibarilə bütün telefonlar arasındakı ən dəqiq və ən sürətli barmaq izi oxuyucusudur. Bu deməkdir bu sensor İphone 6 yaxud Galaxy S6 kimi admiral gəmilərinin sensorlarından belə daha yaxşıdır.


Telefonun qabaq tərəfi bütünlüklə Gorilla Glass 4 şüşə olsa da, yan tərəfləri Aliminum və Magnesium qarışığı bir metal çərçəvə ilə qapanmışdır. Belə çərçəvə telefona öz gözəlliyini bəxş edərkən, telefonu yerə düşəndə sınmaya və cızılmaya qarşı da qoruyur. Telefonun yanlarındakı düymələri isə paslanmayan dəmirdəndir.

 



Telefonun qabaq tərəfində sesnor tipli ana menyu düyməsinin yanında istifadə olunmadıqa işığı sönən geriyə qayıtmaq üçün və sonuncu proqramları göstərmək üçün iki düyməsi var. İstifadəçinin istəyindən asılı olaraq bu iki düymənin yerləri və funksiyası da dəyişdirilə bilər. Məsələn, istifadəçi istərsə düymələrdən birini sonuncu proqramlar düyməsi yerinə menyu yaxud axtarış düyməsi kimi də istifadə edə bilər.


Oneplus Two`nun telefon dünyasına gətirdiyi yeniliklərdən bir digəri isə telefonun sol tərəfində yer alan bildiriş sürüşdürücüdür. Bu düymənin üç vəziyyəti var: yuxarı, səssiz; orta, ancaq önəmli bildirişlər; və aşağı, yəni normal. Oneplus`un dediyinə görə gələcəkdə istəyə bağlı olaraq bu düymənin də vəziyyətlərinin funksiyalarını dəyişdirmək mümkün olacaq. Fikrimizcə gözəl bir əlavədir.

 



Yeniliklərdən söhbət düşmüşkən, C növü USB girişləri də ilk dəfə Oneplus Two`da istifadə olunmuşdur. Belə növ USB kabelini hər iki istiqamətdə taxmaq olur və əvvəlki növlərə görə daha sürətlidir.


Həmçinin telefonun arxa qapağı dəyişdirilə bilir. Bambu, Ağac, Karbon və s. kimi materiallara və fərqli dizaynlara malik qapaqlardan istədiyinizi seçə bilərsiniz.

 



Kamera


Telefonun arxa hissəsinə gəldikdə isə kameranın biraz daha aşağı endirlidiyini görürük. 13 Meqapiksel keyfiyyətə sahib olan bu kamera Laser Focus və Dual flash ilə mükəmməl şəkilər çəkməyi bacarır.


Qabaqda isə 5 Meqapiksellik geniş bucaqlı kamera yer alır. Bu da o deməkdir ki tək bir selfie`yə daha çox insan yerləşə biləcək.

 
 
 

Ekran


Telefonun 5.5 düymlük 1080p keyfiyyətə sahib bir ekranı var. Bu da hardasa 401ppi piksel sıxlığı deməkdir, yəni çox yaxından baxmadıqca pikselləri görmək mümkün deyil. Ekran panelindəki rənglər təbii və gözəl, ağ işıq balansı, baxış bucaqları və parlaq günəş işığı altındakı görünürlüyü idealdır.


Sistem


Oneplus Two Oxygen OS, Android 5.1.1 Lollipop`un Oneplus tərəfindən hazırlanmış xüsusi versiyası ilə işləyir. Oneplus öz Androidinin görünüşünü saf Android ilə eyni saxlasa da, sürətli tənzimləmələr panelindəki fuskiyaların yerinin dəyişdirilməsi, ekran sönülü olduqda ekrana müxtəlif şəkillər (məsələn V yaxud dairə) çəkməklə kamera yaxud fənər işığının aktivləşdirilməsi, tema dəstəyi və s. kimi yararlı funksiyalar əlavə edib. Bunun xaricində telefonu yavaşladacaq və yer tutan lazımsız heç bir proqram yaxud funskiya yoxdur.

 



Güc və batareya


Bu telefon bu anda telefon bazarındakı ən yaxşı prosessor olan Snapdragon 810 prosessoru ilə işləyir. 8 nüvəli olan bu prosessor həm batareyanı az işlətməsi həm də performans tərəfdən çox yaxşıdır. Həmçinin telefonun 64GB daxili yaddaş olan versiyasında 4, 16GB olan versiyasında isə 3GB Ram var. Seçiminizdən asılı olmayaraq, hər iki versiya istənilən oyun və ya proqramı heç bir problem olmadan açacaqdır.


Belə güclü sistemi və ekranı rahat bütün gün boyunca istifadə edə bilmək üçün bir də güclü bir batareya gərəkdir elə deyilmi? Elə fikirləşirsinizsə sizə yaxşı xəbərlərim var: Oneplus Two böyük bir 3300 mAh batareya ilə təhciz olunmuşdur, bu da o deməkdir ki ağır istifadədə belə batareya günün axırına kimi bəs edəcəkdir. Qeyd edək ki Samsung Galaxy S6`nın 2550, Apple İphone 6`nın isə cəmi 1810 mAh batareya tutumu var.

 

Bəs siz bu "qətl edici" telefon haqqında nə düşünürsünüz?


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Android 6.0: Marshmallow!

Keçən həftə Androidin yeni versiyasının baş hərfinin \"M” hərfi olacağı xəbərini almı..


Yeni Huawei?

Evleaks`dan Evan Blass Twitter sosial şəbəkəsində daha bir telefonun rəsmi tanıtımından əvv..


Galaxy Note 5`in daha bir neçə şəkili yayıldı

Galaxy Note 5 haqqında söz-söhbətlər qurtarmaq bilmir. Mediaya sızan son bir-neçə şəkildə is..


Angry Birds 2 - Hamımızın sevdiyi oyunun davamçısı [VIDEO]

Angry Birds oyununu yəqin ki hamımız tanıyırıq, yox? 2009`un dekabr ayında ilk dəfə İOS p..

×