Oneplus Two`nun şəkilləri yayıldı

08.05.2017 0 PAYLAŞIM 5846 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Oneplus Two 'nun rəsmi tanıtımına çox yaxınıq, ona görə də hər gün yeni xəbərlər və şəkillər almağa davam edirik.


Çinin telefonların təhlükəsizliyini və istifadəyə yararlığını yoxlayan şirkəti TEENA, Oneplus Two`nun şəkillərini yayıb. Oneplus Two də çində düzələn bir telefon olduğuna görə, bu şirkətin yoxlama testlərindən keçməli idi.


TEENA`nın yaydığı şəkillərə baxsaq, cihazın bir fiziki ev düyməsi olması insanın diqqətini çəkən ilk şeydir. Haqqında danışılan yeni tip barmaq izi sensoru da çox yəqin ki bu düymənin altında yerləşəcək.


Telefonun xarici dizayn cəhətdən Oneplus One`a çox oxşar olduğunu görürük. Ancaq Two`nu böyük qardaşından fərqləndirən digər bir xüsusiyyət isə kamera moduludur. Bu modul telefonun yuxarı hissəsindən nisbətən ortaya endirilib. Kamera lensinin altındakı isə, əgər sızan məlumatlar doğrudursa, təkmilləşdirilmiş bir Laser Focus sistemidir. Bu texnologiyanı LG G4 və G3`dən yadınıza sala bilərsiniz. Laser Focus sayəsində bu telefonlar 0.1 saniyənin altında bir müddətdə obyektə fokuslana bilirdilər.

 


Oneplus şirkətinin dediyinə görə, telefon Snapdragon 810 prosessora, 4GB LPDDR4 Rama, 3300 mAh batareyaya və 13 meqapiksellik bir kameraya sahib olacaq. Və tam dəqiq olmasa belə deyilənə görə telefonun qiyməti 400$ dan aşağı olacaq. Belə qiymətə belə güz inanılmazdır, elə deyilmi?


Oneplus`un yeni telefonunu tanıdacağı tədbiri cəmi 5 gün sonra, iyulun 27-sində gerçəkləşəcək. Bəs siz telefonun xüsusiyyətləri haqqında nə düşünürsünüz?