main-post-cover

    OnePlus X-ə yenilənmə gəlib. Yeniliklər nədən ibarətdir?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Keçən ilin noyabr ayında OnePlus şirkəti bildirmişdi ki, OnePlus X üçün Android 6.0 Marshmallow əməliyyat sistemi üzərində yenilənmənin hazırlanması planlaşdırılır.

    Bugündən etibarən smartfon yenilənmə almağa başlayıb. Technote.az-ın "Phonearena.com” saytına istinadən verdiyi xəbərə əsasən bu yenilənmə Androidin 6-cı versiyası deyil. Bunun əvəzinə smartfon özündə yeni funksiyalar və xətaların aradan qaldırılmış versiyası Oxygen 2.2.2 yenilənməsini əldə edib. Bundan əlavə olaraq şirkət bildirib ki, OnePlus X üçün Marshmallow yenilənməsi üzərində hələki işlər gedir. Oxygen 2.2.2 yenilənməsinin xüsusiyyətləri aşağıdakılardır.
    Yeni kamera tətbiqi (1.4 versiya)
    Kamerada 1 saniyə ərzində çəkilən kadrların sayı artırılıb
    İstifadəçinin üzünün skanı ilə smartfonun blokdan çıxarılma funksiyası əlavə olunub
    Swiftkey klaviaturası 6.3.3 versiyasına kimi yenilənib
    Operatorların adları yenilənib
    Təhlükəsizlik üzrə iyul yenilənməsi əlavə olunub
    SIM-kartın tanınması və operatorun seçilməsi üzrə problem aradan qaldırılıb
    Auto Rotate funksiyasının bug-ları aradan qaldırılıb
    Daha əvvəl olduğu kimi yenilənmə 325 MB OTA paket şəklində təqdim olunur. Tezliklə bütün smartfonlara yenilənmənin əlavə olunması barəsində Push bildiriş gələcək. 

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər