OnePlus yenə iş başında: OnePlus 5 modeli 8 GB RAM ilə gəlir!
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
OnePlus 5 smartfonu olduqca iddialı gəlir. Üst səviyyə xüsusiyyətlər təqdim etməyi ənənə halına gətirmiş olan OnePlus-un son modelindən yeni məlumatları sizlərə təqdim edirik.
OnePlus yeni
modeli olan OnePlus 5 ilə yenə üst səviyyə xüsusiyyətlər təqdim etmək strategiyasından əl çəkməyəcək. OnePlus 5 smartfonunun təqdim edəcəyi xüsusiyyətlər
haqqındakı son məlumatlar isə belədir.
Çində 4 rəqəmininpis şans mənasına gəlməsi, OnePlus-ın OnePlus 3T modeli sonrasında birbaşa
OnePlus 5-ə keçməsinə səbəb oldu. Digər
tərəfdən şirkət, ənənəsini pozmayaraq yenə üst səviyyə xüsusiyyətləriylə diqqət
çəkməyi bacaracaq. Son iddialara görə OnePlus 5, yüksək daxili yaddaş həcmi təmin
etmək üçün 8 GB RAM ilə birlikdə gələcək. Yəni bu, hazırda bazarda olan bir çox yeni flaqman
modelinin 2 qatı qədər yaddaş deməkdir.
8 nüvə və
Adreno 540 GPU-lu Qualcomm Snapdragon 835 prosessorundan gücünü alması gözlənilən
OnePlus 5, bu ilin üst səviyyə smartfon telefonlarında görməyə öyrəşdiyimiz daha az çərçivə miqdarına sahib olacaq. Ekran
keyfiyyəti olaraq 1440 x 2560-dan bəhs
edilir, yəni artıq şirkət 1080 x 1920
keyfiyyətindən istifadə etməyəcək. Yenə
son dövrdə dəb halına gəlmiş iki kamera quraşdırılması da bu model üçün gözlənilənlər
arasındadır.
Bu ilin ikinci
yarısında bazara çıxarılması gözlənilən OnePlus 5 smartfon telefon üçün təxmin
edilən qiymət etiketi 500 dollardan aşağıdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ