

Hal-hazırda bütün oyun sevərlər bu mövzu haqda danışır. Beləki, xarici ölkədə canlı yayım zamanı çox maraqlı hadisə hər kəsin diqqətini cəlb edib. Online oyunlarda oyunsevərlərə tanış olan bir termin var : "toxic”. Mənası ingilis dilindən zəhər, zəhərli deməkdir. Bu termin əsasən oyun əsnasında aqressiv davranan insanlara deyilir.
Beləki, online oyun zamanı onu söyən
yeniyetməyə "dərs vermək” üçün yola çıxan şəxs çox maraqlı vəziyyətlə üz-üzə
qalıb. Həmin şəxs əsəblərinə hakim ola bilməyib və həmin yeniyetmənin evini bir
yolla taparaq ora yollanıb. Onun etdiyi əmələ görə cəzalandırıb videoya çəkməyi
planlayan adam, tamam əks hadisəylə qarşılaşıb. Yeniyetmə həmin şəxsin gəldiyini
görüb və öz dostlarını köməyə çağırıb. Əvvəlcə söz davasına çıxan tərəflər,
sonradan əlbəyaxa döyüşə keçiblər və dostlar birləşib adamı döyüblər. Həmin şəxsin
belə döyülməsi isə hər kəs tərəfindən görülüb, çünki hadisə canlı yayımla şəxsin öz telefonu ilə nümayiş olunurdu.
Şərh yoxdur